Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Yaşıl iqtisadiyyat böyüyür: 2030-a qədər 4 trilyon dollarlıq bazar gözlənilir

    2 days ago

    2022-ci ildə yaşıl iqtisadiyyat sektorunun ümumi həcmi 1,5 trilyon ABŞ dolları təşkil edib. Gözləntilərə görə, 2030-cu ilə qədər bu rəqəm 4 trilyon dolları ötəcək. Finss.az xəbər verir ki, bu barədə “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov məlumat verib. Onun sözlərinə görə, Beynəlxalq Enerji Agentliyinin proqnozlarına əsasən, 2025-ci ildə yalnız təmiz enerji bazarının həcmi 1,5 trilyon dollara çatacaq. Eyni zamanda, süni intellektin tətbiqi sayəsində karbon emissiyalarının izlənməsi prosesi daha da təkmilləşəcək – 2025-ci ildə bu prosesin 50% daha sürətli və daha dəqiq aparılması gözlənilir. “Bu tendensiyalarla ayaqlaşmamaq mümkün deyil,” – deyə Hüseynov vurğulayıb. O bildirib ki, ölkədə bu istiqamətdə artıq strateji sənədlər hazırlanıb və inkişaf prioritetləri müəyyən olunub.
    Click here to Read more
    Prev Article
    Bazar ertəsi ABŞ fond bazarı çox az dəyişikliklə başa çatır
    Next Article
    Azərbaycanda mehmanxanalarda istifadə səviyyəsi 19,3%-ə çatıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment