Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    “İctimai proseslər media müstəvisində” mövzusunda II Forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində&rd

    5 hours ago

    Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda II Forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı panel sessiya keçirilib. Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyevanın moderatorluq etdiyi paneldə Baş Dövlət Yol Polisi İdarəsi, “Azərbaycan Hava Yolları” QSC, “Bakı Metropoliteni” QSC, həmçinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin səlahiyyətli nümayəndələri spiker qismində çıxış ediblər. Panel sessiya zamanı nəqliyyat sektorunda davamlı inkişafa yönələn təşəbbüslərin ictimaiyyətə düzgün və effektiv şəkildə çatdırılması, media qurumları ilə aidiyyəti dövlət orqanları arasında informasiya mübadiləsinin gücləndirilməsi və ictimai kommunikasiyanın institusional əsaslarla inkişaf etdirilməsi müzakirə olunub. Sessiyada nəqliyyat infrastrukturunda ekoloji davamlılığın təmin edilməsi, ictimai nəqliyyatda təhlükəsizlik və xidmət keyfiyyətinin artırılması, habelə yol hərəkəti iştirakçılarının maarifləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər barədə geniş məlumat verilib. Çıxışlar zamanı qeyd olunub ki, müasir informasiya mühitində bu təşəbbüslərin media vasitəsilə cəmiyyətə dolğun və şəffaf şəkildə çatdırılması ictimai rəyin formalaşmasında mühüm rol oynayır. Qeyd edək ki, panel müzakirənin sonunda sual-cavab sessiyası keçirilib.
    Click here to Read more
    Prev Article
    “Hüseynçilər” loqosu və ayələr yerləşdirərək iz itirməyə çalışıblar”
    Next Article
    Ödəm nədir, necə atılmalıdır?

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment