Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Azərbaycanda mənzil tikintisi niyə zəifləyir? (VİDEO)

    1 day ago

    Həm mənzillərin sayı azalır, həm də tikinti  şirkətlərinin...  Belə ki,  ölkədə mənzil tikintisi zəifləyir. Dövlət Statistika Komitəsinin məlumatına görə, mənzil tikintisi ilə bağlı rekord  göstərici 2019-cu ildə qeydə alınıb. Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, Azərbaycanda mənzil tikintisinin zəifləməsinin bir sıra səbəbləri var. Həmçinin tikilən fərdi həyət evlərini böyük əksəriyyətinin çıxarışı və yaxud digər rəsmi sənədi olmadığına görə onların statistikasının hesablanmasında da ciddi problemlər yaşanır. Ekspert Elnur Fərzəliyev onu da bildirib ki, əhalinin şəxsi vəsaiti ilə inşa edilən mənzillər ümumi tikintinin 57 faizindən çoxunu təşkil edir. Hər il ərzində  təxminən 10-11 min ev, vətəndaşların şəxsi  vəsaitləri hesabına tikilir.. Əmlak eksperti bildirir ki, yaxın gələcəkdə Qarabağda bərpa-quruculuq işləri bitdikdən sonra paytaxt əhalisinin sayında azalmanın müşahidə olunacaq, bu isə öz növbəsində daşınmaz əmlak bazarında qiymətlərin enməsinə də təsir edə bilər. Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
    Click here to Read more
    Prev Article
    Məktəbdə "qiymət cədvəli": 2 min manata davamiyyət, 30 manata attestat - İDDİA
    Next Article
    Bu ASC-nin külli miqdarda vergi borcu var

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment