Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Məktəbdə "qiymət cədvəli": 2 min manata davamiyyət, 30 manata attestat - İDDİA

    1 day ago

    Sosial şəbəkələrdə 248 nömrəli məktəbin direktorunun və direktor müavininin dərs saatlarını pul müqabilində satması, dərsə gəlməyən şagirdlərdən 1500-2000 manat məbləğində pul tələb etməsi, həmçinin attestatları 20-30 manat müqabilində satması ilə bağlı iddialar yayılıb. Deyilənlərin nə dərəcədə həqiqətə uyğun olduğunu öyrənmək məqsədilə Baku TV sözügedən məktəbdə olub. Məktəbin direktor müavini Saleh Quliyev bildirib ki, yayılan iddialar keçmiş əməkdaşlarla bağlıdır: "Nərgiz Məmmədova dərs zamanı müəlliməyə yaraşmayan hərəkətlər etmişdi. Bir-iki şagirdə fiziki şiddət göstərmişdi, uşağın əlini cırmışdı. Onunla əlaqədar olaraq təxminən üç il əvvəl öz ərizəsi əsasında işdən uzaqlaşdırılıb. Deyilənə görə, keçmiş direktor işindən pis vəziyyətdə uzaqlaşdırıldığı üçün Nərgiz müəllimənin ruhi sarsıntılarından istifadə edərək saxta səhifə yaradıb və məktəbə böhtan atıb". Bakı Şəhəri üzrə Təhsil İdarəsi məsələ ilə bağlı münasibət bildirib. Qurumdan verilən açıqlamada qeyd olunub ki, 248 nömrəli tam orta məktəbin rəhbərliyi ilə bağlı irəli sürülən anonim iddialar həqiqəti əks etdirmir. Ətraflı Baku TV-nin süjetində:
    Click here to Read more
    Prev Article
    Pulsuz fayl çevricilər kibertəhlükə riski daşıya bilər
    Next Article
    Azərbaycanda mənzil tikintisi niyə zəifləyir? (VİDEO)

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment