Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Pulsuz fayl çevricilər kibertəhlükə riski daşıya bilər

    1 day ago

    Onlayn pulsuz fayl çevricilər istifadəçilərin tez-tez müraciət etdiyi rəqəmsal alətlər sırasındadır.  Valyuta.az xəvər verir ki, PDF-dən Word-ə, MP4-dən MP3-ə və ya JPG-dən PNG-yə çevirmə kimi əməliyyatlar üçün istifadə edilən bu servislər bəzən kibertəhlükəsizlik risklərini də özü ilə gətirir. ESET şirkəti bu tip platformaların zərərli proqram yayılması, dələduzluq və məlumat oğurluğu məqsədilə istifadə oluna biləcəyinə diqqət çəkir. Fayl çevirmə ehtiyacı xüsusilə təhsil, iş və məzmun istehsalı kimi sahələrdə geniş yayılıb. PDF sənədlərinin redaktə edilə bilən formata çevrilməsi ən çox üstünlük verilən əməliyyatlardan biridir. Lakin bu xidmətləri təqdim edən pulsuz platformaların hər zaman etibarlı olması təmin edilmir. Kibertəhlükəsizlik üzrə mütəxəssislər bildirirlər ki, məşhur axtarış sistemlərində ön sıralarda yer alan bəzi fayl çevirmə saytları vasitəsilə cihazlara gizli şəkildə zərərli proqramlar yerləşdirilə bilər. Bu saytlar vasitəsilə casus proqramlar yüklənə, istifadəçilərin çevrimdaxili fəaliyyəti izlənə və fişinq hücumları ilə şəxsi məlumatlar ələ keçirilə bilər. Xüsusilə maliyyə və şəxsi məlumatlar saxlanılan həssas sənədlərin sızdırılması da bu təhdidlər sırasındadır. ESET-dən təhlükəsiz fayl çevirmə ilə bağlı tövsiyələr: * Etibarlı mənbələrdən istifadə edin: Yalnız HTTPS protokolu ilə qorunan, istifadəçi rəyləri müsbət olan saytlar seçilməlidir. * Antivirus proqramınızı yeniləyin: Real vaxt rejimində qoruma təmin edən proqramlar şübhəli fəaliyyətləri aşkar edə bilər. * Oflayn proqramlara üstünlük verin: “Adobe Acrobat”, “VLC Media Player”, “Microsoft Office” kimi tanınmış proqramlar daha təhlükəsiz seçimlər təqdim edir. * Fayl növünə diqqət yetirin: Çevrilmiş faylın uzantısının və ölçüsünün gözlənilən formada olub-olmadığını yoxlayın. * Proqram yükləmə təkliflərinə qarşı ehtiyatlı olun: Çevirmə əməliyyatı üçün əlavə proqram yükləməyi tələb edən saytlardan uzaq durmaq tövsiyə olunur. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    Arama Motorları Ölüyor: Microsoft, Bing API'larını Kapatacağını Duyurdu
    Next Article
    Məktəbdə "qiymət cədvəli": 2 min manata davamiyyət, 30 manata attestat - İDDİA

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment