Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Azərbaycanda mirasla bağlı qanun dəyişir

    11 hours ago

    Mirasın qəbul edilməsinin xüsusi müddəti və mirasın qəbul edilməsi vaxtının uzadılması aradan qaldırılır.  Valyuta.az xəbər verir ki, bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Mülki Məcəlləyə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Belə ki, 26 dekabr 2023-cü il tarixli sonuncu qərarla Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən maddələr qüvvədən düşmüş hesab edilib. Bildirilib ki, mirasın qəbul edildiyi müddəti nəzərdə tutan normalar qüvvədən düşdüyü üçün mirasın qəbul edilməsinin xüsusi müddətini və mirasın qəbul edilməsi vaxtının uzadılmasını nəzərdə tutulan maddələr də əhəmiyyətini itirib. Qanun layihəsində həmin maddələrin ləğv edilməsi təklif olunur. Mövcud qanunvericiliyə əsasən, əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Həmçinin, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir.
    Click here to Read more
    Prev Article
    Bağçalara qəbulda növbələrin yaradılması dayandırılır
    Next Article
    Dövlət büdcəsindən müxtəlif xəstəliklərin müalicəsinə 303,4 milyon vəsait ayrılacaq

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment