Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Dövlət büdcəsindən müxtəlif xəstəliklərin müalicəsinə 303,4 milyon vəsait ayrılacaq

    7 hours ago

    Azərbaycanda müxtəlif xəstəliklərin müalicəsinə bu il dövlət büdcəsindən 303,4 milyon manat vəsait ayrılacaq. Valyuta.az bu barədə Maliyyə Nazirliyə istinadən xəbər verir. Məlumata görə, həmin məbləğin 65,9 milyon manatı şəkərli diabet xəstəliyi üzrə tədbirlərə, 57,5 milyon manatı onkoloji xəstəliklər üzrə mübarizə tədbirlərinə, 50,9 milyon manatı qanın bədxassəli və irsi xəstəlikləri ilə mübarizə və təşkili tədbirlərinə, 46 milyon manatı xroniki böyrək çatışmazlığı üzrə mübarizə tədbirlərinə, 28,8 milyon manatı yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair tədbirlər proqramına, 16,3 milyon manatı hemofiliya xəstəliyi üzrə mübarizə tədbirlərinə, 10,1 milyon manatı qanın, qan komponentlərinin donorluğunun inkişafı, qan xidmətinin təşkilinə, 7,5 milyon manatı dağınıq skleroz xəstəliyinin müalicəsinə, 6,4 milyon manatı insan immunçatışmazlığı virusu / qazanılmış immunçatışmazlığı sindromu (iiv/qiçs) ilə mübarizə tədbirlərinə, 6 milyon manatı ixtiyoz və kəpənək xəstəliyinə qarşı mübarizə tədbirlərinə, 5 milyon manatı ana və uşaqların sağlamlığının yaxşılaşdırılması tədbirlərinə, 2,4 milyon manatı vərəmlə mübarizə tədbirlərinə, 0,6 milyon manatı uşaqlarda kistoz fibroz genetik xəstəliyi ilə mübarizə tədbirlərinə xərclənəcək.
    Click here to Read more
    Prev Article
    Azərbaycanda mirasla bağlı qanun dəyişir
    Next Article
    Galatasaray'ın formaları satışa çıktı: İşte 5 yıldızlı yeni logo!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment