Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Azərbaycanda xarici ticarət riskləri izlənəcək: Yeni qaydalar təsdiq edildi

    5 days ago

    Finss.az - Dövlət Gömrük Komitəsinin Kollegiyası "Xarici ticarət iştirakçılarının risk qruplarının müəyyənləşdirilməsi meyarlarına dair Qaydalar"ı təsdiq edib. Bu barədə Kollegiyanın sədri, komitə sədri Şahin Bağırov yeni qərar imzalayıb. Yeni qaydalar xarici ticarət əməliyyatlarında iştirak edən hüquqi və fiziki şəxslərin fəaliyyətinin risk dərəcəsini müəyyənləşdirmək məqsədi daşıyır. Qərara əsasən, risk qruplarının müəyyənləşdirilməsi üçün bir sıra meyarlar əsas götürüləcək. Bunlar arasında aşağıdakılar yer alır: İqtisadi fəaliyyət sahəsində qəsdən törədilmiş cinayətlərə görə cinayət məsuliyyəti; Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, eləcə də gömrük, vergi, maliyyə, ekoloji və idarəçilik sahəsində inzibati xətalar; Bu sahələr üzrə davam edən istintaq və araşdırmalar; Xarici ticarət sahəsində fəaliyyətin müddəti, əməliyyatların sayı və dövriyyəsi; İşçi sayı və həyata keçirilmiş əməliyyatların nəticələri; Vergi riskləri – o cümlədən vergi orqanlarında riskli vergi ödəyicisi kimi qeydiyyat; Güzəştli vergi tutulan ölkələrlə aparılan əməliyyatlar; Gömrük və ya vergi borcunun mövcudluğu; Vergi orqanlarında qeydiyyatda olan anbar və digər təsərrüfat obyektlərinin infrastruktur vəziyyəti. Qərara əsasən, Gömrük Komitəsinin Hüquqi Təminat İdarəsi bu sənədi 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim etməlidir. Yeni qaydaların tətbiqi ölkədə xarici ticarət sahəsində şəffaflığın və təhlükəsizliyin artırılmasına xidmət edəcək.
    Click here to Read more
    Prev Article
    Azərbaycanın Hava Nəqliyyatı 2024-cü ildə 4,76 mld. manat gəlir əldə edib
    Next Article
    Destiny 2: Edge Of Fate Tanıtıldı, İşte Çıkış Tarihi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment