Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Azərbaycanın farmasevtika sənayesi beynəlxalq bazarlara yönəlir

    3 days ago

    Finss.az - 28 aprel tarixində Riyadda keçirilən Səudiyyə Ərəbistanı-Azərbaycan Birgə Biznes Şurası iclasında, Parla Pharmaceuticals şirkəti Azərbaycanın farmasevtika sənayesinin inkişafında mühüm bir addım atıb. İclasda KOBİA-nın həmsədrliyi ilə Səudiyyə Ərəbistanının National Development Group Holding şirkəti ilə qarşılıqlı anlaşma Memorandumu (MoU) imzalanıb. Bu əməkdaşlıq, Azərbaycanda istehsal olunan yüksək keyfiyyətli biotexnoloji və onkologiya preparatlarının Səudiyyə Ərəbistanına və digər Yaxın Şərq, Fars Körfəzi və Afrika ölkələrinə ixracına başlanmasını təmin edəcək. Gələcək mərhələlərdə elmi və texnoloji inkişafların transferi və Krallıqda birgə istehsal müəssisəsinin yaradılması nəzərdə tutulur. Parla Pharmaceuticals şirkətinin baş direktoru Arash Nosrati, əməkdaşlığın yalnız kommersiya müstəvisində deyil, həm də elmi potensialın inkişafı və Azərbaycan məhsullarının beynəlxalq bazarda tanıdılması baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Şirkət, həmçinin qabaqcıl dərman preparatlarının ixracını nəzərdə tutub. Bu dərmanlar arasında Rekombinant VIII faktoru, Teriparatid, Semaglutid və Palbociklib yer alır. Bu addım, Azərbaycanın farmasevtika sahəsində beynəlxalq bazarlarda daha da möhkəmlənməsinə və qlobal genişlənmə hədəflərinə doğru əhəmiyyətli bir addım olaraq qiymətləndirilir.
    Click here to Read more
    Prev Article
    Hindistan və Pakistan əsgərləri Cammu rayonunda atışma olub
    Next Article
    Apple cihazlarında təhlükəli boşluq

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment