Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Apple cihazlarında təhlükəli boşluq

    2 days ago

    Finss.az - On milyonlarla cihaz Apple şirkətinin texnologiyasında aşkar olunan ciddi təhlükəsizlik boşluğu səbəbilə haker hücumlarına məruz qala bilər. Təhlükəsizlik sahəsində fəaliyyət göstərən Oligo şirkətinin mütəxəssisləri tərəfindən SDK (Software Development Kit – Proqram təminatı hazırlama dəsti) paketində aşkar edilən boşluq, AirPlay texnologiyası ilə bağlıdır. Bu texnologiya Apple tərəfindən təqdim olunmuş, Wi-Fi üzərindən audio və video siqnalların digər cihazlara ötürülməsini təmin edən bir protokoldur. AirPlay yalnız Apple cihazlarında deyil, eyni zamanda milyonlarla digər brendin televizorları, ağıllı dinamikləri və digər qurğularında da istifadə olunur. Mütəxəssislər bu boşluğu AirBorne adlandırıb və bildiriblər ki, hakerlərin bu zəiflikdən istifadə edə bilməsi üçün qurbanla eyni Wi-Fi şəbəkəsinə qoşulması kifayətdir. Oligo şirkətinin rəhbəri Gal Elbazın sözlərinə görə, ən pis ssenaridə hakerlər mikrofonlar vasitəsilə istifadəçiləri gizli şəkildə dinləyə bilərlər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, AirPlay-i dəstəkləyən cihazların sayının çoxluğu vəziyyəti daha da ağırlaşdırır. Təhlükəsizlik yeniləmələrinin bütün cihazlara yayılması illərlə vaxt apara bilər. Bundan əlavə, Apple-ın avtomobil texnologiyası olan CarPlay də bu boşluqdan təsirlənə bilər. Lakin bu sahədə riskin daha minimal olduğu qeyd olunur.
    Click here to Read more
    Prev Article
    Azərbaycanın farmasevtika sənayesi beynəlxalq bazarlara yönəlir
    Next Article
    Minlərlə manat oğurlandı – DİN xəbərdarlıq edir

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment