Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Minlərlə manat oğurlandı – DİN xəbərdarlıq edir

    2 days ago

    Finss.az - Aprelin 29-da bir sıra vətəndaşların bank kartlarından külli miqdarda vəsait oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Rəsmi məlumata görə, həmin gün müxtəlif şəxslərin kart hesablarından kiber üsullarla aşağıdakı məbləğlərdə pullar oğurlanıb: 14 900, 6 900, 2 997, 1 863, 1 600, 1 530, 1 000 (3 nəfər üzrə), 999, 360, 346, 300, 268, 212, 188, 100 (3 nəfər üzrə), 88 və 50 manat. DİN vətəndaşlara bir daha kart təhlükəsizliyi qaydalarına əməl etməyi tövsiyə edir: “Kartın üzərindəki CVV/CVC kodu, SMS-lə göndərilən OTP kodu, loqin və şifrələr, eləcə də kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar üçüncü şəxslərə təqdim edildikdə, hesabınızda olan vəsaitlər və ya kredit imkanları vasitəsilə ciddi zərərlə qarşılaşa bilərsiniz”. Qurum xüsusilə vətəndaşları şübhəli zənglər və mesajlar vasitəsilə təqdim olunan "qazanc", "sığorta", "viza", "hesab gücləndirmə" və "ödəmə təklifləri" kimi cazibədar, lakin aldatma məqsədi güdən təşəbbüslərə qarşı ehtiyatlı olmağa çağırır. “Qətiyyən şəxsi bank məlumatlarınızı naməlum şəxslərə təqdim etməyin – bu, ciddi təhlükə doğurur”, – deyə nazirlikdən bildirilib.
    Click here to Read more
    Prev Article
    Apple cihazlarında təhlükəli boşluq
    Next Article
    Azərbaycanda sənaye sektoruna yatırılan investisiyalar artıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment