Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Azərbaycanın ilk iri miqyaslı GES-i istifadəyə verildi

    16 hours ago

    Finss.az - Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin layihəsi əsasında 550 hektar ərazidə inşa edilən 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasında (GES) 570 mindən çox günəş paneli quraşdırılıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, bu barədə Mərkəzin əməkdaşlarının GES-ə səfəri zamanı Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev məlumat verib. Səfər “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 5.2-ci məqsədinin icrasının (“Yaşıl enerji məkanı”) monitorinqi çərçivəsində reallaşdırılıb. Cavid Abdullayevin sözlərinə görə, illik 500 milyon kilovat-saat elektrik enerjisi istehsal etmək imkanına malik olan stansiya 110 milyon kubmetr təbii qazın qənaətinə və atmosferə atılan karbon emissiyalarının 200 min ton azalmasına imkan yaradır. Qeyd edək ki, layihənin ümumi dəyəri 262 milyon ABŞ dolları təşkil edir və bu, ölkədə xarici investisiya hesabına reallaşdırılan ilk sənaye miqyaslı günəş elektrik stansiyası layihəsidir. Stansiyanın şəbəkəyə inteqrasiyası üçün 330 kilovoltluq yarımstansiya da inşa olunub.
    Click here to Read more
    Prev Article
    Depozit hərracları maliyyə bazarlarında yeni mərhələyə keçid təmin edəcək - Abbas İbrahimov
    Next Article
    ASUS, Yeni Nesil Kompakt Masaüstü Bilgisayarı TUF Gaming T500’ü Tanıttı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment