Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Depozit hərracları maliyyə bazarlarında yeni mərhələyə keçid təmin edəcək - Abbas İbrahimov

    7 hours ago

    Azərbaycan Beynəlxalq Bankı (ABB) Maliyyə Nazirliyinin xəzinə qalığı üzrə keçirdiyi depozit hərraclarında 485 milyon manat həcmində vəsait cəlb edib. Finss.az xəbər verir ki, bu barədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bankın dayanıqlılıq hesabatına dair keçirilən mətbuat konfransında məlumat verib. A.İbrahimovun sözlərinə görə, sektorda ilk belə təcrübə olan bu hərraclar banklar üçün əlavə likvidlik imkanı yaradıb. O bildirib ki, cəlb olunan vəsaitlərin ümumi maliyyə sektorunun aktivlərinə nisbətən həcmi böyük olmasa da, bu alət likvidlik baxımından müsbət qiymətləndirilə bilər. “Bu tip depozitlərin qısamüddətli xarakteri onların bazar üzrə kredit faizlərinə birbaşa ciddi təsirini məhdudlaşdırır. Hazırkı mərhələdə kredit faizlərində əhəmiyyətli dəyişiklik gözlənilmir, çünki bu vəsaitlərin təsir dairəsi məhduddur və nəticələri proqnozlaşdırmaq çətindir,” – deyə ABB rəhbəri qeyd edib. A.İbrahimov əlavə edib ki, Mərkəzi Bank hazırda bu mexanizmin genişləndirilməsi üzərində işləyir və gələcəkdə yalnız sistem əhəmiyyətli banklar deyil, həm də digər maliyyə institutlarının depozit hərraclarına cəlb olunması planlaşdırılır. Bu addım Azərbaycanın maliyyə bazarlarında likvidlik idarəçiliyinin yeni mərhələyə keçidini, eləcə də daha çevik pul siyasətinin tətbiqini təmin edə bilər. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    ABB Şuşada yeni filial açmağa hazırlaşır: Qarabağ layihələrinə yüz milyonlarla manat dəstək
    Next Article
    Azərbaycanın ilk iri miqyaslı GES-i istifadəyə verildi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment