Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Azərbaycanın ixracı 2025-in ilk rübündə artıb

    10 hours ago

    Finss.az - 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanın ixrac etdiyi bəzi məhsul qruplarında ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli artım müşahidə olunub. Bu barədə “İxrac İcmalı”nın aprel buraxılışında qeyd olunub. Məlumata görə, qiymətli və ya azqiymətli daşlar və metallar üzrə ixrac həcmi 46,7 milyon ABŞ dolları və ya 3,4 dəfə artaraq ən kəskin yüksəlişi göstərib. Digər əsas ixrac artımları isə belə olub: Qara metallar və onlardan hazırlanan məmulatlar – 9,1 milyon dollar və ya 76,8% artım; Kimya sənayesi məhsulları – 21,9 milyon dollar və ya 33,4% artım; Şəkər – 976,3 min dollar və ya 18,8% artım; Meyvə-tərəvəz – 20,8 milyon dollar və ya 15,7% artım; Alüminium və ondan hazırlanan məmulatlar – 4,9 milyon dollar və ya 10,2% artım; Spirtli və spirtsiz içkilər – 724 min dollar və ya 5,7% artım; Çay – 74,1 min dollar və ya 5,1% artım; Bitki və heyvan mənşəli piylər və yağlar – 237,9 min dollar və ya 4,2% artım; Pambıq iplik – 22,1 min dollar və ya 0,4% artım.  
    Click here to Read more
    Prev Article
    ABŞ iqtisadiyyatı 2025-ci ilin birinci rübündə gözlənilmədən kiçilib
    Next Article
    Dollar bahalaşdı: Avro, funt və yen qarşısında kəskin dəyişikliklər müşahidə olundu

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment