Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Dollar bahalaşdı: Avro, funt və yen qarşısında kəskin dəyişikliklər müşahidə olundu

    23 hours ago

    Finss.az - Ötən gün dərc olunan statistik göstəricilər fonunda ABŞ dolları əsas valyutalar qarşısında güclənməyə davam edir. Bu proses beynəlxalq maliyyə bazarlarında bir sıra mühüm dəyişikliklərə səbəb olub. Belə ki, EUR/USD valyuta cütlüyü 1.13990 səviyyəsindən 1.12880 səviyyəsinə qədər ucuzlaşıb. ABŞ iqtisadiyyatına dair pozitiv göstəricilər və Avrozona iqtisadiyyatındakı zəiflik avronun dollar qarşısında dəyər itirməsinə səbəb olub. GBP/USD cütlüyü də eniş meyli göstərərək 1.34150-dən 1.32790-a qədər geriləyib. Analitiklər bu prosesin arxasında həm Böyük Britaniyada inflyasiya ilə bağlı narahatlıqların, həm də dolların ümumi güclənməsinin dayandığını bildirirlər. USD/JPY cütlüyündə isə kəskin bahalaşma qeydə alınıb. Yaponiya Bankının (BoJ) faiz dərəcəsi ilə bağlı dəyişiklik etməməsi və yumşaq monetar siyasəti davam etdirməsi nəticəsində dollar 142.950 səviyyəsindən 144.250 səviyyəsinə qədər yüksəlib. Dolların güclənməsi həmçinin əmtəə bazarlarında da öz təsirini göstərib. Qızılın qiyməti 3220 ABŞ dollarına qədər ucuzlaşaraq son həftələrin ən aşağı səviyyəsinə enib. İnvestorlar riskli aktivlərə yönəldikcə, ənənəvi olaraq təhlükəsiz liman sayılan qızıldan uzaqlaşmağa başlayıblar. Bununla yanaşı, “Brent” markalı neftin qiymətində də eniş davam edir. Qiymət hazırda 61 dollar səviyyəsinə qədər geriləyib. Enerji bazarlarında tələbin zəifləməsi və ehtiyatların artması bu enişə təkan verən əsas faktorlardan biri kimi göstərilir. Maliyyə ekspertləri yaxın günlərdə dolların möhkəmlənmə trendinin davam edə biləcəyini, lakin bunun ABŞ Federal Ehtiyat Sisteminin (FED) növbəti qərarlarından da asılı olacağını bildirirlər.
    Click here to Read more
    Prev Article
    Azərbaycanın ixracı 2025-in ilk rübündə artıb
    Next Article
    Kənd təsərrüfatına sərfəli kredit imkanları

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment