Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Kənd təsərrüfatına sərfəli kredit imkanları

    1 day ago

    Azərbaycanın regionlarında fəaliyyət göstərən sahibkarlar üçün “Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatı, Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına güzəştli kredit məhsulu təqdim edir. Finss.az xəbər verir ki, məqsəd – ölkə üzrə prioritet iqtisadi sahələrdə fəaliyyət göstərən kiçik, orta və iri sahibkarlıq subyektlərinə dəstək göstərməkdir. Kredit Şərtləri və Məbləğlər “Aqrarkredit” tərəfindən təqdim olunan bu məhsul çərçivəsində kredit məbləğləri üç kateqoriyada müəyyən olunub: 5 000 AZN – 50 000 AZN: Kiçik həcmli kreditlər (müddət – 3 ilə qədər) 50 001 AZN – 500 000 AZN: Orta həcmli kreditlər (müddət – 5 ilə qədər) 500 001 AZN – 10 000 000 AZN: Böyük həcmli kreditlər (müddət – 10 ilə qədər) İllik faiz dərəcəsi isə cəmi 5%, media layihələri üçün isə 4% təşkil edir. İqtisadiyyatın Prioritet Sahələri Üzrə Dəstək Kreditlər aşağıdakı sahələrdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə yönəlib: İnformasiya texnologiyaları Turizm Kənd təsərrüfatı İnnovasiya yönümlü fəaliyyət Yeyinti və yüngül sənaye Kimya və maşınqayırma sənayesi Tikinti materialları istehsalı (yerli xammal əsasında) Xalçaçılıq, misgərlik kimi ənənəvi sənətlər Ağac emalı və mebel istehsalı Xidmət sektoru Güzəşt Müddəti və Təminatlar Kreditə güzəşt müddəti sahibkarlığın fəaliyyət növündən asılı olaraq təyin edilir və kredit müddətinin ilk yarısını əhatə edə bilər. Güzəşt dövründə sahibkar yalnız faiz ödənişlərini həyata keçirir. Kredit üçün tələb olunan sənədlər: Kredit ərizəsi Biznes plan Likvid girov əmlakı və ya zəmanət Girovun sığortalanması məqsədəuyğundur Kreditlər üzrə ödənişlər: Faizlər – ayda bir dəfədən az olmayaraq Əsas borc – güzəşt müddətindən sonra ödənilməyə başlanır İcra coğrafiyası isə Azərbaycanın bütün regionlarını əhatə edir və proqram “Aqrarkredit”in bütün filialları vasitəsilə həyata keçirilir. Əlavə məlumat və müraciət üçün: //aqrarkredit.az/az/credit-product-view/2-sahibkarligin-inkishafi-fondunun-vesaitlerinin-istifadesi Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Dollar bahalaşdı: Avro, funt və yen qarşısında kəskin dəyişikliklər müşahidə olundu
    Next Article
    Böyük Britaniya sərmayə qoyuluşu ilə Azərbaycanda ən iri xarici investor statusunu qoruyur

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment