Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Böyük Britaniya sərmayə qoyuluşu ilə Azərbaycanda ən iri xarici investor statusunu qoruyur

    14 hours ago

    Finss.az - Böyük Britaniya 37 milyard dollardan çox sərmayə qoyuluşu ilə Azərbaycanda ən iri xarici investor statusunu qoruyur. Energetika Nazirliyindən verilən məlumata görə, bunu nazir Pərviz Şahbazov Londonda keçirilən Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclasında çıxış edərkən deyib. Onun sözlərinə görə, Azərbaycanda müxtəlif sahələrdə 500-dən çox Britaniya şirkətinin aktiv fəaliyyəti, cari ilin 1-ci rübündə ikitərəfli ticarət dövriyyəsinin 4 dəfə artması ölkələr arasında iqtisadi tərəfdaşlığın dinamik inkişafının göstəriciləri kimi qiymətləndirilir. Nazir qeyd edib ki, Azərbaycanın neft-qaz sektoruna 35 milyard dollardan artıq sərmayə qoymuş bp ilə uzunmüddətli tərəfdaşlıq Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyindəki strateji rolunu davam etdirməsi, AÇG yatağında hasilatın sabitləşdirilməsi və maksimum səviyyəyə çatdırılması ilə yanaşı, yeni layihələrin icrası istiqamətində də genişlənir. “Şəfəq” Günəş Elektrik Stansiyasının fəal tikinti mərhələsinə tezliklə start veriləcək. Bu layihə bp ilə yaşıl enerji və neft-qaz sənayesinin dekarbonizasiyası sahəsində əməkdaşlığımızın qabaqcıl nümunəsidir. Biz, eyni zamanda, digər Britaniya şirkətləri və investorları ilə də müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə hazırıq. Enerji keçidi, nəqliyyat və infrastruktur sahələrində prioritet layihələr üçün Birləşmiş Krallığın İxrac Kredit Agentliyi (UKEF) tərəfindən nəzərdə tutulan 5 milyard funt sterlinq həcmində kredit zəmanəti isə ikitərəfli iqtisadi tərəfdaşlığımızın daha da möhkəmləndirilməsinə mühüm töhfə verə bilər”, - nazir əlavə edib.
    Click here to Read more
    Prev Article
    Kənd təsərrüfatına sərfəli kredit imkanları
    Next Article
    Kiçik sahibkarlar üçün yeni imkanlar: Mikro kreditləri ilə biznesini böyüt

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment