Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Azərbaycanın ödəniş bazarında “American Express” kartları ilə əməliyyat həcmi artıb

    7 hours ago

    Bu ilin yanvar-mart aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi “American Express” ödəniş kartları vasitəsilə həyata keçirilən əməliyyatların sayı 800 ədəd, əməliyyatların ümumi həcmi isə 600 min manat təşkil edib. Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə “American Express” kartları ilə aparılan əməliyyatların sayı dəyişməz qalsa da, əməliyyatların həcmi 100 min manat və ya 20% artıb. Xatırladaq ki, 2023-cü ilin ilk rübündə Azərbaycanda qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi “American Express” kartları ilə 800 əməliyyat icra olunmuş, ümumi dövriyyə isə 500 min manat təşkil etmişdi. Qeyd edək ki, cari ilin ilk rübündə qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi bütün növ ödəniş kartları vasitəsilə ölkədə ümumilikdə 900,1 min əməliyyat aparılıb. Bu əməliyyatların ümumi həcmi isə 86,5 milyon manat olub. Xatırlatma üçün bildirək ki, qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları Azərbaycanda qeydiyyatda olmayan (yəni xarici) banklar və maliyyə qurumları tərəfindən buraxılmış kartlardır. Qeyri-rezident isə ölkədə daimi qeydiyyatda olmayan və ya xaricdə yerləşən hüquqi və ya fiziki şəxs hesab olunur. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Dövlət satınalmalarının vahid internet portalında yeni funksiya istifadəyə verilib
    Next Article
    MSI MAG B850 TOMAHAWK MAX WIFI Anakart İncelemesi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment