Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Dövlət satınalmalarının vahid internet portalında yeni funksiya istifadəyə verilib

    6 hours ago

    Finss.az - “Elektron şərtlər toplusu” funksionallığı sayəsində satınalan təşkilatların nümayəndələri şərtlər toplusunu birbaşa portal vasitəsilə formalaşdırmaq imkanı əldə edəcəklər. Dövlət satınalmalarının vahid internet portalında (www.etender.gov.az) yeni funksiya istifadəyə verilib. Belə ki, satınalma proseslərinin şəffaf, vahid standartlara uyğun və tam rəqəmsal şəkildə aparılmasının təmin edilməsi məqsədilə “Elektron şərtlər toplusu” funksionallığı portala əlavə edilib.  Yeni funksiya satınalan təşkilatların nümayəndələrinə şərtlər toplusunu sistemdən kənarda deyil, birbaşa portal vasitəsilə formalaşdırmağa imkan verir. Sözügedən yenilik satınalma metodundan və predmetin növündən asılı olaraq, satınalan təşkilatlar tərəfindən yaradılan şərtlər toplularının qanunvericiliyin tələblərinə uyğun olmasına və nəticədə, texniki səhvlərin minimum səviyyəyə endirilməsinə şərait yaradır. Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bank əmanətləri artıb
    Next Article
    Azərbaycanın ödəniş bazarında “American Express” kartları ilə əməliyyat həcmi artıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment