Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bank əmanətləri artıb

    7 hours ago

    Cari ilin aprelin 1-nə olan məlumata görə, Qarabağ iqtisadi rayonunda banklara qoyulmuş əmanətlərin həcmi 107,1 milyon manat təşkil edib. Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Məlumata görə, bu göstərici bir ay əvvəlki göstərici ilə müqayisədə 15,4 milyon manat və ya 16,8%, 2024-cü ilin aprelin 1-nə olan göstərici ilə müqayisədə isə 30,2 milyon manat və ya 39,3% artıb. Eyni zamanda, 2025-ci ilin aprelin 1-nə qədər Şərqi Zəngəzur iqtisadi rayonunda banklara qoyulmuş əmanətlərin həcmi 689 min manat olub. Bu da, bir ay əvvəlki göstərici ilə müqayisədə 250 min manat və ya 56,9% artım göstərir. Qeyd edək ki, bu ilin aprelin 1-nə olan məlumatlara görə, Azərbaycanda regionlar üzrə cəlb olunmuş əmanətlər ümumilikdə 15,1 milyard manat təşkil edib. Bu da, əvvəlki ayla müqayisədə 238,1 milyon manat və ya 1,6%, 2024-cü ilin aprelin 1-nə olan göstərici ilə müqayisədə isə 1,9 milyard manat və ya 14,6% artım deməkdir. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    “İxrac icmalı”nın aprelsayı təqdim olunub
    Next Article
    Dövlət satınalmalarının vahid internet portalında yeni funksiya istifadəyə verilib

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment