Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    “Azəristiliktəchizat”a sədr təyin edildi

    1 hour ago

    İlham Ata oğlu Mirzəliyev “Azəristiliktəchizat”a yeni sədr təyin edilib. Valyuta.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, İlham Mirzəliyev 1960-cı ildə anadan olub. İqtisadçı-mühəndisdir. 1982-2000-ci illərdə “Azərenerji” Dövlət Şirkətinin İstilik şəbəkələri müəssisəsində iqtisadçı-mühəndis, planalaşdırma və əmək üzrə böyük iqtisadçı, direktor müavini, 2000-2005-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin  “Bakı istilik şəbəkə” İstehsalat Birliyində Baş direktor müavini, 2 saylı İstilik idarəsində rəis müavini, Bakı şəhər İstilik idarəsində rəis müavini, 2005-ci ildən "Azəristiliktəchizat" ASC-nin sədr müavini təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 07.02.2022-ci il tarixli 3132 nömrəli sərəncamına əsasən "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvvəqəti icra edib. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 09 aprel tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib. İqtisad üzrə fəlsəfə doktorudur. Ailəlidir, 2 övladı var.
    Click here to Read more
    Prev Article
    Epic Games, Apple'a Karşı Galibiyet Kazandı: Fortnite Geri Dönüyor!
    Next Article
    Kamran Əliyevlə bağlı SƏRƏNCAM

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment