Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Bakı-Tbilisi-Ceyhan kəməri ilə 600 milyon ton neft nəql olunub

    1 day ago

    Finss.az - Cari birinci rübü ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə təxminən 32 milyon dollar, əsaslı xərclərə isə 13 milyon dollar vəsait xərclənib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,03 faiz (və ya 1 milyon dollar) azalma və 85,7 faiz (və ya 6 milyon dollar) artım deməkdir. AZƏRTAC bp-nin 2025-ci ilin birinci rübünün yekunlarına dair hesabatına istinadən xəbər verir ki, 1768 kilometr uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2025-cü ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 598 milyon ton (4,5 milyard bareldən çox) xam neft nəql edilib və Ceyhanda 5932 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz və ya 30 milyon ton çoxdur. Bu ilin birinci rübü ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 7 milyon ton (təxminən 54 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 70 tankerə yüklənmiş və yola salınıb. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.
    Click here to Read more
    Prev Article
    İKTA “Speedtest” serverlərinin qiymətləndirilməsini davam etdirir
    Next Article
    Mikro kreditlərdə 1%-4% komissiya ilə maliyyə ehtiyaclarınızı qarşılamaq daha asan oldu

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment