Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    İKTA “Speedtest” serverlərinin qiymətləndirilməsini davam etdirir

    1 day ago

    Finss.az - Azərbaycanın telekommunikasiya və poçt sahəsində tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) mart ayından ölkədə internet telekommunikasiya xidməti göstərən operator və provayderlər tərəfindən quraşdırılmış “Ookla” şirkətinin “Speedtest” serverlərinin performans və əməliyyat göstəricilərinin qiymətləndirilməsinə başlayıb. Hazırda mövcud olan 38 serverdə aşkarlanmış nöqsanlar operator və provayderlərə təqdim olunub. Bu çatışmazlıqların aradan qaldırılması üçün təlimlər və müzakirələr keçirilib. Bəzi “Speedtest” serverlərində performans və əməliyyat göstəricilərinin çatışmazlıqları aşkarlanıb, məsələn, şəbəkəyə bağlantı sürətinin, operativ yaddaş tutumunun çox aşağı olduğu, server proqram təminatının köhnə olduğu, SSL sertifikatlarının yenilənmədiyi hallar olub. Qeyd olunan hallar abunəçilər tərəfindən internet sürətinin ölçmələri zamanı reallığı əks etdirməyən ölçmə nəticələrinə səbəb olurdu. Qısa müddət ərzində tənzimləyici qurumun dəstəyi və profilaktik tədbirlər vasitəsilə performans və əməliyyat göstəricilərinin aradan qaldırılmasına nail olunub. Tənzimləyici qurum tərəfindən sözügedən istiqamətdə tədbirlər davam etdirilir. Aşkar edilmiş boşluq və çatışmazlıqların aradan qaldırılması üçün operator və provayderlərlə birgə addımlar atılır. Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir. Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    Səhiyyə Nazirliyi və TƏBİB elektron xəstəlik vərəqələrini təqdim edir
    Next Article
    Bakı-Tbilisi-Ceyhan kəməri ilə 600 milyon ton neft nəql olunub

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment