Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Bakıda mənzil qiymətləri: Apreldə bazar aktivliyi 2%-ə yaxın bahalaşıb

    50 minutes ago

    2025-ci ilin aprel ayında Bakı şəhərinin təkrar mənzil bazarında qiymətlərdə cüzi artım müşahidə olunub. Bu barədə Finss.az-a Azərbaycan Qiymətləndiricilər Palatasından məlumat verilib. Aparılan təhlillərə əsasən, mart ayı ilə müqayisədə aprel ayında orta kvadratmetr qiyməti təxminən 1% artaraq bahalaşma meylinin davam etdiyini göstərib. Yeni tikililərdə qiymət artımı bir qədər yüksək – təxminən 1,5%, köhnə tikililərdə isə bu göstərici 1%-ə yaxın olub. Bazarda təklif sayında da az da olsa artım qeydə alınıb – martdan apreldə aktivlik təxminən 1–2% civarında yüksəlib. Ekspertlərin qeyd etdiyinə görə, bu göstəricilər kəskin sıçrayışdan deyil, bazarda sabit artım tendensiyasından xəbər verir. Ümumilikdə, mart ayında müşahidə olunan bahalaşma trendləri aprel ayında da davam edib, lakin qiymətlərdə nəzərəçarpacaq sıçrayış müşahidə olunmayıb. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Bakıda güclü külək irigövdəli ağacı avtomobillərin üzərinə aşırdı – VİDEO
    Next Article
    Dubay və Abudabi yay turları – 499 dollardan başlayan qiymətlərlə

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment