Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Banklar kredit faizlərini niyə artırır? - Elanda aşağı, amma reallıq...

    6 hours ago

    Banklar arasında ən aşağı faizi  "Unibank" (9,5%), "Premium Bank" (9,8%), "Bank of Baku" (9,9%) və "TuranBank" (9,9%) təklif edir. Ən yüksək faizi isə “ASB Bank”( 13%), “Ziraat Bank”(17%), Bank BTB (18%) təklif edir. Bankların saytlarında, reklamlarda kredit faizləri aşağı göstərilir. Lakin müştərilər banka müraciət edən zaman onlara daha yüksək faiz deyilir. Bu fərqlərin olmasına səbəb nədir? Ümumiyyətlə, digər ölkələrdən fərqli olaraq Azərbaycanda nə üçün kredit faziləri yüksəkdir? Valyuta.az xəbər verir ki, Moderator.az-a danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, banklar tərəfindən elan olunan faiz dərəcələri ən yaxşı müştərilərə təqdim edilən ən əlverişli şərtləri əks etdirir və bu səbəbdən həmin faizlər minimum göstəricilərdir. Onun sözlərinə görə, bu, bir növ təbliğat-təşviqat və reklam məqsədilə istifadə olunan metodlardan biridir:   “Dünyada da bənzər metodlardan istifadə olunur. Vətəndaş müraciət etdikdə, onun kredit qaytarma qabiliyyəti müəyyənləşdirilir və bu zaman həm kredit tarixçəsi, həm də kredit reytinqi nəzərə alınaraq ona uyğun faiz təklif olunur. Yəni son dövrlərdə bu cür hesablamalar əhəmiyyətli dərəcədə alqoritmlər və konkret modellər vasitəsilə aparılır və nəticə avtomatlaşdırılmış şəkildə müəyyən olunur. Əksər banklarda belədir: vətəndaşa “sizə 10 faizlə kredit veririk” deyildikdə, bu – “10 faizdən başlayan'” faiz dərəcələri deməkdir. Bu məqama diqqət yetirmək lazımdır. Yəni bank öz müştərisinə, daim kredit götürən, vaxtında ödəniş edən, etibarlı kredit tarixçəsi olan və yüksək kredit reytinqinə sahib olan şəxsə həmin faizi təklif edə bilər. Amma bu o demək deyil ki, orada qeyd olunan faizlə istənilən şəxs kredit götürə bilər. Çünki kreditin faizinə təsir edən digər parametrlər də var və bu, dünyada da belədir. Bütün dünyada davranış əsaslı kredit qiymətləndirilməsi yanaşması tətbiq olunur. Yəni vətəndaşın kredit qaytarma qabiliyyəti, maliyyə davranışı, məsuliyyəti, öhdəliklərini yerinə yetirmə səviyyəsi və digər məlumatlar birləşdirilərək kredit reytinqi formalaşdırılır və bu reytinqə uyğun faiz dərəcəsi müəyyən edilir”.   İqtisadçı kredit faizlərinin yüksək olması məsələsinə diqqət çəkərək qeyd edib ki, son aylarda cəlb olunan vəsaitlərin xərci artıb:   “Təsəvvür edin ki, 2024-cü ilin əvvəlindən etibarən başlayan proses nəticəsində banklar tərəfindən manatla əmanətlərə — xüsusilə də sistem əhəmiyyətli banklar tərəfindən — əvvəllər 6 faiz təklif olunduğu halda, bu gün bu göstərici 12 faizə yüksəlib. Valyuta ilə əmanətləri xatırlayırsınızsa, əvvəl 1,5 faiz təklif olunurdu, bu gün isə bu göstərici 6 faizə qədər yüksəlib.Cəlb olunan vəsaitlərin maya dəyəri və xərci artırsa, təbii ki, bu, kredit faizlərinə də təsir edəcək və nəticədə faizlərdə qismən bahalaşma müşahidə edilir.Bundan başqa, risk məsələsi burada çox vacibdir. Azərbaycanda kredit faizləri bir çox ölkələrlə müqayisədə yüksəkdir. Türkiyə ilə müqayisədə ölkəmizdə faizlər xeyli aşağı olsa da, inkişaf etmiş Avropa ölkələri, bəzi hallarda Gürcüstan və MDB ölkələri ilə müqayisədə  faizlər daha yüksək olur. Burada nəzərə almaq lazımdır ki, Azərbaycan bazarı sadalanan ölkələrlə müqayisədə daha çox qeyri-formaldır. Qeyri-formal sahibkarlıq və qeyri-formal gəlirlərin qiymətləndirilməsi daha çox çətinlik yaradır. Əgər sabah hər hansı bir problem yaranarsa, həmin gəlirlərin borcların ödənilməsinə yönəldilməsi mümkün olmur, çünki məhkəmələr bu kimi hallarda müvafiq iddiaları əsas götürmürlər. Bu şərtlər daxilində Azərbaycanda verilən kreditlər üzrə faiz riski yüksəkdir və bu da faizlərin yuxarı olmasına səbəb olur".   İqtisadçı onu da vurğulayıb ki, bazarın liberallıq səviyyəsi, bazarda xarici oyunçuların — xüsusilə xarici maliyyə korporasiyalarının — iştirakı, eləcə də dolayı benefisiarlıq baxımından çox zəif diversifikasiya müşahidə olunur və bu da zəif rəqabət mühiti formalaşdırır:   “Əgər bir çox bankların benefisiarları — yəni faktiki sahibləri — bu və ya digər şəkildə eyni şəxslərdirsə, burada sağlam rəqabət olmayacaq. Nəticə etibarilə kredit və portfel faizləri üzrə siyasətlər bir-birinə bənzəyəcək. Digər tərəfdən, xarici mənbələrdən daha ucuz vəsaitlərin bazara daxil olma imkanları məhduddursa, bu da avtomatik olaraq kredit faizlərinin yüksək olmasına səbəb olacaq. Bütün bu amilləri nəzərə aldıqda, eyni zamanda Azərbaycanda biznesə münasibətdə fərqli maliyyə alətlərinin zəif inkişafı da önə çıxır. Məsələn, dünyanın əksər ölkələrində bizneslər banka kredit müraciətini ən son çarə kimi nəzərdən keçirirlər. Əvvəlcə qiymətli kağızların emissiyası, səhmlərin buraxılması, yaxud da yeni qurulan bizneslərin vençur kapital şirkətləri ilə əməkdaşlıq edərək vəsait cəlb etməsi üstünlük təşkil edir. Bu yolla investisiya mühiti genişlənir və bazar canlanır. Azərbaycanda isə bu alternativ maliyyə alətləri demək olar ki, yoxdur. Nəticədə bütün maliyyə tələbi birbaşa bank sektoruna yönəlir və belə olduğu halda, təbii ki, artan tələblə birlikdə kredit faizləri də yüksək olur".   R. Həsənov xatırladıb ki, son dövrlərdə faizlərin artmasının səbəblərindən biri də 2024-cü ildə kredit portfelinin əhəmiyyətli dərəcədə artmasıdır:   “Yəni ümumi mənzərəni nəzərə alsaq, hazırda mövcud iqtisadi mühit, iqtisadi konjonktura, bank sektoru ilə bağlı həyata keçirilmiş siyasət, zəif şaxələnmiş maliyyə alətlərinin mövcudluğu və iqtisadiyyatda mənfəət normasının yüksək olması kimi bütün bu faktorlar faizlərin yüksək qalmasına səbəb olur. O ki qaldı problemin həllinə, bu məsələ nə qısamüddətli yanaşmalarla, nə də bir addımla həll edilə bilər. Yalnız qeyd etdiyimiz problemlər aradan qalxdıqdan sonra kredit faizlərinin real şəkildə azalması mümkündür. Bir tərəfdən, inflyasiya səviyyəsinin azalması banklara əmanətləri və depozitləri daha aşağı faizlə cəlb etmək imkanı yaradır. Digər tərəfdən, iqtisadiyyatın leqallaşdırılması borc götürənlərin kredit reytinqinin yüksəlməsinə, kredit qaytarma qabiliyyətinin güclənməsinə səbəb olur. Bu isə nəticə etibarilə onların daha aşağı faizlə kredit əldə etmələrinə şərait yaradır. Bundan başqa, əgər bazar liberallaşdırılarsa və rəqabət mühiti güclənərsə, bu da birbaşa olaraq faizlərin aşağı düşməsinə səbəb olacaq.Yəni ümumi olaraq bu, bir ekosistemdir və həmin ekosistemin bütün istiqamətləri üzrə təkmilləşmələr aparılmalıdır. Xüsusilə də biznesin alternativ maliyyə alətlərindən istifadə etməsi istiqamətində təşəbbüslərə daha əlverişli şərait yaradılmalıdır. Bu sahələrin inkişafı nəticə etibarilə kredit faizlərinin mərhələli şəkildə azalmasına zəmin yarada bilər”.
    Click here to Read more
    Prev Article
    İcra başçıları nə qədər maaş alır? - MƏBLƏĞ
    Next Article
    Xabi Alonso'nun Real Madrid'den ilk talebi Luka Modric!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment