Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    İcra başçıları nə qədər maaş alır? - MƏBLƏĞ

    10 hours ago

    Əhalinin müxtəlif kateqoriyalarının maaş, müavinət və pensiyalarında artımlar və ya onlara əlavələr barədə geniş və açıq məlumat daim yayılsa da, dövlət idarəetməsinin müxtəlif qollaraında təmsil olunan vəzifəli şəxslərin məvacibi haqqında çox az bilgi var. Valyuta.az xəbər verir ki, Yenisabah.az şəhər və rayonlar üzrə icra başçılarının aylıq maaşlarını araşdırıb. Başçı maaşlarında artımla bağlı son qərar 2022-ci ildə verilib. Prezident Əliyevin 1 mart 2022-cü il tarixli 1609 nömrəli Fərmanına görə, rayon və şəhər icra başçıları vəzifə maaşının 1.5 misli məbləğində əlavə alır. Məsələn, Bakı şəhər İcra Hakimiyyəti (BHİŞ) başçısının maaşı 3060 manatdır. 1609 nömrəli Fərmana əsasən, Eldar Əzizov vəzifə maaşının 1.5 misli həcmində əlavə alır. Yəni BHİŞ başının maaşı 7650 manatdır. Ümumiyyətlə, icra başçılarının maaşları onların rəhbəlik etdikləri şəhər və rayonlarda yaşayan əhalinin sayına əsasən hesablanır.  Bu qaydaya əsasən, inzibati-ərazi vahidləri üzrə maaşlar aşağıdakı kimidir: Bakı şəhər icra başçısı – 7650 manat; Gəncə, Sumqayıt şəhərlərinin icra başçıları – 5625 manat. Əhalisi 100 mindən çox olan rayonlar – 4587,5 manat (Abşeron, Masallı, Şəmkir və s.) Əhalisi 50-100 min arası olan rayonlar – 4225 manat (Ucar, Lerik, Beyləqan və s.) Əhalisi 50 minə kimi olan rayonlar – 3837,5 manat (Xızı, Sədərək, Daşkəsən və s.)
    Click here to Read more
    Prev Article
    Xırdalandakı uşaq əyləncə mərkəzi bağlandı- Video
    Next Article
    Banklar kredit faizlərini niyə artırır? - Elanda aşağı, amma reallıq...

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment