Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Bu 5 nüansı bilmədən startap qurma!

    14 hours ago

    Biznes sahəsi inkişaf etdikcə innovativ ideyalara maraq artır. Startaplar da bu marağın mərkəzində yer alır. Lakin hər yeni ideya uğurlu olmur. Bəziləri heç formalaşmadan yox olur, digərləri isə qısaömürlü olur. Bəs uğurlu startap qurmaq istəyənlər nələri unutmamalıdır? Valyuta.az uğurlu startap qurmaq üçün unudulmamalı 5 əsas məqamı təqdim edir: Bir çox uğurlu şirkətə rəhbərlik etmiş iş adamı, "FreeLogoServices.com" şirkətinin təsisçisi və baş direktoru Kreyq Blom deyir ki, biznes qurmaq çətin, xaotik və eyni zamanda həyəcanverici prosesdir. Onun sözlərinə görə, ilk startapına başlamazdan əvvəl bilmədiyi vacib məqamlar sonradan dəyərli dərslərə çevrilib. O, uğurlu və davamlı böyüməyə nail olmaq istəyən startapçılar üçün 5 əsas məqamı qeyd edir: 1. Kiçik hədəfləri heç vaxt gözardı etmə Böyük mənzərəni görmək vacibdir, lakin startap mərhələsində qısa müddətli nəticələr həyati əhəmiyyət daşıyır. Məsələn, brendinq uzunmüddətli məqsəd ola bilər, amma ilkin mərhələdə əsas diqqət gəlir və nağd vəsait üzərində olmalıdır. Satış, gəlir və müştəri saxlama üzrə həftəlik və aylıq hədəflər qoyulmalı, nəticələr daim izlənilməlidir. 2. Marketinqə həddindən artıq pul xərcləmə Startapların əsas səhvlərindən biri hər müştəriyə görə çoxlu pul xərcləməkdir. Bu, uzunmüddətli gəlir təmin edən abunə əsaslı modellər üçün effektiv olsa da, əksər startaplar bunu maliyyələşdirə bilmir. Müəllif bildirir ki, bu səhv öz biznes kartı məhsullarında da baş verib və nəticədə xərcləri azaltmaq üçün işçi heyətinin 20 faizini ixtisar etmək məcburiyyətində qalıblar. 3. Tez-tez istiqamət dəyişdirmə  “Pivot” (bir startapın ilkin biznes modelini və ya məhsul konseptini bazar reaksiyasına əsasən dəyişdirərək yeni istiqamətə yönəlməsi deməkdir) texnologiya dünyasında populyar anlayışdır, lakin tez-tez fikir dəyişmək startapı məhv edə bilər. Məhsulu təkmilləşdirmək faydalıdır, lakin resursların və komandanın məhdud olduğu bir mühitdə tez-tez istiqamət dəyişmək davamlı inkişafın qarşısını alır. Misal kimi, əvvəllər sosial şəbəkə olan sonra e-ticarətə yönələn və nəhayət uğursuz şəkildə satılan "Fab" platforması göstərilir. 4. Narahat olmaq yerinə, fəaliyyət göstər Startap sahibləri daim qeyri-müəyyənliklə üz-üzə qalırlar. Lakin qorxunu aradan qaldırmaq əvəzinə onu motivasiyaya çevirmək daha doğrudur. Müəllif qeyd edir ki, bir dövrdə şirkət batmaq üzrə olsa da, hərəkətə keçərək konkret plan hazırlayıb və bu planı icra etməklə şirkəti xilas edib. 5. Mütəxəssis yox, çoxşaxəli və həvəsli insanlar işə al Startap mühitində adaptasiya qabiliyyəti və öyrənməyə açıq olmaq təcrübə və diplomdan daha önəmlidir. İşin tələbləri tez-tez dəyişdiyi üçün “Swiss army knife” (çoxfunksiyalı) əməkdaşlar, yəni müxtəlif sahələrdə faydalı ola biləcək şəxslər uğurun açarıdır. Blom bildirir ki, bacarıqları öyrətmək mümkündür, lakin motivasiya və əzmkarlıq öyrədilə bilməz. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    Magistratura imtahanının nəticələri elan olundu
    Next Article
    "Azərbaycan Dəmir Yolları"na departament direktoru təyin edildi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment