Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Bu ölkə Azərbaycana 6 manat 17 qəpiyə makaron və kuskus satır

    1 hour ago

    2025-ci ilin yanvar-fevral aylarında Azərbaycana ümumilikdə 1,57 ton makaron məmulatları və kuskus idxal olunub. Valyuta.az xəbər verir ki, bu məhsulların ümumi dəyəri 4,01 min ABŞ dolları təşkil edib. İdxal əsasən Çin, Türkiyə, Almaniya və İtaliyadan həyata keçirilib. Rəsmi məlumata görə, ən çox məhsul İtaliyadan gətirilib. Bu ölkədən 0,91 ton həcmində makaron və kuskus idxal olunub və məhsulların ümumi dəyəri 1,85 min ABŞ dolları olub. Beləliklə, İtaliya məhsullarının 1 kiloqramı təxminən 2 dollar və ya 3 manat 45 qəpiyə başa gəlib. Türkiyədən 0,46 ton məhsul gətirilib və bu idxal üçün 1,67 min ABŞ dolları ödənilib. 1 kiloqram məhsulun qiyməti 3,6 dollar və ya 6 manat 17 qəpik təşkil edib. Bu, idxal olunan məhsullar arasında ən bahalı qiymətdir. Çindən gətirilən məhsulun həcmiisə 0,19 ton olub. Bu məhsullar üçün 460 ABŞ dolları ödənilib. 1 kiloqramın qiyməti 2,42 dollar və ya 4 manat 10 qəpik təşkil edib. Almaniyadan isə 10 kiloqram makaron və kuskus gətirilib. Bu məhsulların dəyəri 30 dollar olub. 1 kiloqram üçün qiymət 3 dollar və ya 5 manat 10 qəpik səviyyəsində qeydə alınıb. Beləliklə, 2025-ci ilin ilk iki ayında makaron və kuskus idxalı əsasən İtaliya məhsullarının payı ilə həyata keçirilsə də, ən yüksək qiymət Türkiyədən gətirilən məhsullarda müşahidə olunub. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    “AQA Şirkətlər Qrupu": "Gənc qızların təhsilini dəstəkləməyə davam edirik"
    Next Article
    "Reddit" istifadəçiləri üzərində özlərindən xəbərsiz süni intellekt təcrübəsi aparılıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment