Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    "Reddit" istifadəçiləri üzərində özlərindən xəbərsiz süni intellekt təcrübəsi aparılıb

    1 hour ago

    "Change My View" adlı "SubReddit"də istifadəçilərin fikirlərini dəyişmək məqsədilə dil modellərinə əsaslanan süni intellekt botları yerləşdirilib. Lakin bu eksperiment "Reddit" istifadəçilərinin heç birindən razılıq alınmadan həyata keçirilib. Valyuta.az xəbər verir ki təcrübə İsveçrənin "Zürix Universiteti" tərəfindən aparılıb. Layihənin əsas məqsədi süni intellektin ictimai rəydə manipulyativ gücünü sınaqdan keçirmək olub. Botlar insan kimi davranaraq istifadəçilərin paylaşdığı şəxsi məlumatlara uyğun cavablar verib, onların əvvəlki şərhlərini analiz edərək fərdi yanaşmalar tətbiq edib. Tədqiqatçılar bildiriblər ki, süni intellekt hesablarının real şəxs olduğunu göstərmələri zəruri olub, çünki bu faktın açıqlanması eksperimentin mahiyyətini pozardı. Botlar müxtəlif rollarda – zorakılıq qurbanı, psixoterapevt, sağalmaz xəstə və ya dini, irqi azlıqların nümayəndəsi kimi təqdim olunub. Tədqiqat zamanı botlar istifadəçinin cinsi, yaşı, yaşadığı yer, etnik və siyasi mənsubiyyətini müəyyənləşdirərək fərdi şəkildə cavablar hazırlayıb. Bu, süni intellektin nə dərəcədə təsir gücünə malik olduğunu ölçmək üçün edilib. "Reddit"in daxili qaydalarına görə, botların və süni intellekt alətlərinin açıq şəkildə qeyd olunmadan istifadəsi qadağandır. Bu səbəbdən eksperimentin aparıldığını öyrəndikdən sonra subreddit-in moderatorları universitetə rəsmi şikayət göndəriblər. Onlar tədqiqatın etik qaydaları pozduğunu və nəticələrinin nəşr olunmamalı olduğunu bildiriblər. Məlum olub ki, alimlər əvvəlcədən universitetin etik komissiyası ilə razılaşdırılmış protokoldan da kənara çıxıblar. Əvvəldə yalnız dəyərlərə əsaslanan arqumentlərdən istifadə olunacağı nəzərdə tutulsa da, sonradan botlar emosional və şəxsi hekayələrə yönəlib. Həm də bu metod dəyişikliyi barədə komissiyaya məlumat verilməyib. Zürix Universiteti isə bu məsələ ilə bağlı rəsmi cavabında bildirib ki, eksperimentin bəzi suallar doğurması mümkündür, lakin əsas tədqiqatçıya verilən töhmətlə kifayətlənmək qərarına gəlinib. Universitet vurğulayıb ki, layihənin nəticələri əhəmiyyətlidir və mümkün zərər minimumdur, buna görə nəşrin qarşısını almaq nisbətsiz addım olardı. Moderatorlar isə bu yanaşmanı qəbuledilməz sayır. Onların fikrincə, fərdiləşdirilmiş arqumentlərin təsiri onsuz da müxtəlif tədqiqatlarda araşdırılır və belə manipulyasiyalara real icmalar cəlb olunmadan nail olmaq mümkündür. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    Bu ölkə Azərbaycana 6 manat 17 qəpiyə makaron və kuskus satır
    Next Article
    Derbi öncesi Beşiktaş Başkanı Serdal Adalı'dan Ümraniye'ye ziyaret!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment