Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Bu ölkədə məhkumlar həbsxanada qalmaq üçün pul ödəyəcəklər

    3 minutes ago

    Fransanın ədliyyə naziri məhbuslardan həbsxanada qalmalarına görə pul tələb etmək niyyətində olduğunu açıqlayıb. Aprelin 28-də Fransanın ədliyyə naziri Gerald Darmanin həbsxana rəsmilərinə məktub yazıb ki, məhbusların həbsxanada qalma xərclərinə dəstək olmaları üçün qanuna dəyişiklik edəcək. Onun sözlərinə görə, bu, həbsxana işçilərinin iş şəraitini yaxşılaşdıracaq. Xüsusilə, mühafizəçilərdən söhbət gedir. "2003-cü ilə qədər məhbuslar həbsxana xərclərini özləri ödəyirdilər. Xəstəxanalar üçün sabit rüsum olduğu kimi, həbsxanada qalmaq üçün də sabit rüsum var idi", - nazir izah edib. Beləliklə, o, məhbusların saxlanması ilə bağlı bu xərcləri ödəmək niyyətindədir. Nazirin sözlərinə görə, Fransa həbsxanalarının saxlanması xərcləri gündə 10 milyon avro, ildə isə demək olar ki, 4 milyard avro təşkil edir. Qanun layihəsinə Fransa Milli Assambleyası yaxın vaxtlarda baxmalıdır. ©Lent.az
    Click here to Read more
    Prev Article
    Bu da yeni kriz! Türk tırları Çin’de rehin alındı
    Next Article
    İşdən çıxarılanların nəzərinə: Bu hallarda dövlətdən pul ala bilərsiniz

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment