Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    2025-ci ilin ən çox satılan ağıllı telefon markaları - İlk yerdə bu markadır

    2 minutes ago

    2025-ci ilin ilk rübündə dünya üzrə ümumilikdə 296,9 milyon ədəd ağıllı telefon bazara çıxarılıb.  Valyuta.az xəbər verir ki, "Samsung" və "Apple" bazarın ən böyük iki oyunçusu olaraq öndə qərarlaşıblar. Bu ilin ilk üç ayında qlobal ağıllı telefon bazarında ciddi dəyişiklik müşahidə olunmayıb. Ötən ilin eyni dövrü ilə müqayisədə oxşar mənzərə yaranıb. Bununla belə, "Samsung" və "Apple" arasında rəqabət yenə də güclü şəkildə davam edib. "Samsung" siyahının başında qərarlaşıb 2025-ci ilin bazar payı göstəricilərinə görə "Samsung" ümumi satışların 20 faizini təşkil edərək ilk pillədə yer alıb. "Apple" isə 19 faizlə ikinci sıraya düşüb. Üçüncü pillədə 14 faizlə "Xiaomi" qərarlaşıb. "Vivo" və "OPPO" isə hər biri 8 faiz payla növbəti yerləri tutublar. Digər istehsalçıların ümumi satış sayı isə 94 milyon ədəd olub. Regionlara görə maraqlı meyillər formalaşıb Regional meyillərə nəzər saldıqda, Çin və ABŞ-da ağıllı telefonlara olan tələbatın artdığı müşahidə edilib. Hindistan, Avropa və Yaxın Şərqdə isə alıcıların daha ehtiyatlı davrandıqları bildirilib. Afrikada isə pərakəndə satış fəaliyyətləri və markaların bazarda möhkəmlənmək cəhdləri ön plana çıxıb. Digər tərəfdən, "Vivo" satışlarını artıraraq diqqət çəkib, "OPPO"da isə azalma qeydə alınıb. Bu göstəricilər 2025-ci ilin ilk rübündə bazarın ümumilikdə sabit qaldığını nümayiş etdirir. İstehsalçılar isə diqqətlərini ilin ikinci rübünə yönəldiblər. Yeni modellərin təqdimatı və azalan stoklarla birlikdə bazarda bir qədər canlanma gözlənilir. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    Visa Yeni Yapay Zekâ Sistemini Tanıttı: Artık Yapay Zekâya “Alışverişi Sen Yap” Demek Yeterli
    Next Article
    Səhiyyə mərkəzinin növbəti milyonluq tenderini tanış şirkətlər uddu

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment