Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Səhiyyə mərkəzinin növbəti milyonluq tenderini tanış şirkətlər uddu

    9 hours ago

    "Səhiyyənin Təminat Mərkəzi" publik hüquqi şəxsi qan və qan komponentlərinin donorluğuna dair reaktiv və reagentlərin satın alınması üçün iki şirkətlə müqavilə bağlamağa hazırlaşır. Valyuta.az xəbər verir ki, bağlanacaq müqavilələr ümumilikdə 2,2 milyon manat dəyərindədir. Bu çərçivədə "Albatros Heltkeyr" MMC ilə imzalanacaq müqavilənin dəyəri 1.144.509,54 manatdır. 2005-ci ildə yaradılan şirkətin qanuni təmsilçisi Anar Fazil oğlu Ağalarovdur. Şirkətin nizamnamə kapitalı 10.000 ABŞ dolları təşkil edir. "Albatros Heltkeyr" daha əvvəl də mərkəzin 332.919,30 manatlıq tenderini udub. Digər müqavilə isə "Labservis Ltd" MMC ilə imzalanacaq və onun dəyəri 1.146.613,87 manatdır. 1994-cü ildə qeydiyyatdan keçən bu şirkətin qanuni təmsilçisi Roza Qafar qızı Şahbazovadır. "Labservis Ltd"in nizamnamə kapitalı 2.400 manatdır. Şirkət daha əvvəl də mərkəzin 4.668.283,10 manat, 13.764.663,56 manat və 5.128.186,23 manat məbləğində olan tenderlərini də qazanıb. Maya Hüseynova
    Click here to Read more
    Prev Article
    2025-ci ilin ən çox satılan ağıllı telefon markaları - İlk yerdə bu markadır
    Next Article
    İtalya'daki soruşturmada Hakan Çalhanoğlu'na ceza!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment