Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Bu şəxslər də günərzi sosial xidmətlərlə əhatə olunacaq - Prezident təsdiqlədi

    19 hours ago

    Çətin həyat şəraitində olan bütün şəxslər günərzi sosial xidmətlərlə əhatə olunacaq. Valyuta.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Sosial xidmət haqqında” Qanuna dəyişiklikdə əksini tapıb. İndiyə qədər qüvvədə olan qanuna əsasən, yarımstasionar (günərzi) sosial xidmət yalnız özünün əsas həyati tələbatını müstəqil təmin edə bilən və aktiv hərəkət qabiliyyəti olan ahıllara və əlilliyi olan şəxslərə, o cümlədən çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayanlara göstərilib. Dəyişikliyə əsasən, yarımstasionar (günərzi) sosial xidmət çətin həyat şəraitində olan şəxslərə, o cümlədən özünün əsas həyati tələbatını müstəqil təmin edə bilən və aktiv hərəkət qabiliyyəti olan ahıllara və 18 yaşından yuxarı əlilliyi olan şəxslərə gündüz və ya gecə vaxtlarında sosial-məişət, tibbi-sosial, sosial-mədəni və bu Qanunla müəyyən edilmiş digər xidmətlərin göstərilməsindən, onların münasib əmək fəaliyyətinə cəlb olunmasından ibarətdir. Başqa sözlə, dəyişiklik nəticəsində çətin həyat şəraitində olan bütün şəxslər (ailələr) yarımstasionar (günərzi) sosial xidmətlərlə əhatə olunacaq və yarımstasionar (günərzi) sosial xidmətdən daha geniş əhali kateqoriyasının istifadə etməsinə şərait yaradacaq. Eyni zamanda çətin həyat şəraitində olan şəxsin (ailənin) vəzifələri sırasına sosial işçilərin və sosial xidmətçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq daxil edilib.
    Click here to Read more
    Prev Article
    Prezidentdən Xarici İşlər Nazirliyi ilə bağlı FƏRMAN
    Next Article
    "Kartdan-karta" üsulu ilə işləyən sahibkarlara nəzarət tədbirləri bərpa olundu

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment