Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Bu universitet illik təhsil haqqını artırır

    25 minutes from now

    Azərbaycanda bir sıra özəl universitetlərdə təhsil haqlarının artırılması planlaşdırılır. Bu barədə Modern.az-a universitetlərdən məlumat verilib. Qeyd edək ki, 2023–2024-cü tədris ili özəl universitetlərin təhsil haqlarında müəyyən artımlarla yadda qaldı. Artımların bu il də davam edəcəyi gözlənilir. Bakı Biznes Universitetindən verilən məlumata görə, təhsil haqqında ən azı 15-20 faiz artım olacaq. “Bu ildən qəbul olunan dövlət xərcləri də artırıldığı üçün təhsil haqqının da artması normaldır. Yaxın günlərdə Elm və Təhsil Nazirliyi tərəfindən yeni plan yerlərinin təsdiqindən sonra qiymətlər haqqında dəqiq məlumat veriləcək”-deyə ali təhsil müəssisəsindən bildirilib.  Kooperasiya, Xəzər və Azərbaycan universitetlərində isə 2024-2025-ci il təhsil illərində təhsil haqları ilə bağlı artım nəzərdə tutulmayıb. Odlar Yurdu Universitetindən verilən məlumatda isə bildirilib ki, Elm və Təhsil Nazirliyinə göndərilən plan yerləri və yeni ixtisasların təsdiqindən sonra ödənişlərin artırılıb-artırılmamasına baxılacaq.  Qeyd edək ki, ötən tədris ili müddətində Xəzər Universitetində ixtisasdan asılı olaraq illik təhsil haqları 2500 manatdan 4000 manata qədər dəyişir. Azərbaycan Universitetində bu məbləğ 2000 manat, Bakı Biznes Universitetində isə 2500 manat təşkil edir. Odlar Yurdu və Azərbaycan Kooperasiya universitetlərində də təhsil haqları 2000–2200 manat arasında müəyyən olunub.   
    Click here to Read more
    Prev Article
    Prezident qəbul keçirdi
    Next Article
    Bakıda 26 yaşlı gəncin qətlə yetirilməsininANBAAN VİDEOSU

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment