Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Cəlilabadda güclü yağışlar qədim yaşayış məskənini üzə çıxartdı

    11 hours ago

    Cəlilabad rayonunda qədim yaşayış məskəni aşkarlanıb. Valyuta.az "Report"a istinadla xəbər verir ki, bir neçə gün bundan öncə yağan leysan nəticəsində rayonun Uzuntəpə kəndində, kanal boyu ərazidə sürüşmə baş verib. Sürüşmədən sonra tarixi faktlar üzə çıxıb. Tarixçi, araşdırmaçı Ələsgər Mirzəzadənin sözlərinə görə, üzə çıxan yaşayış məskəni təxmini 4-5 hektar ərazini əhatə edir: "Nümunələrə baxanda hiss olunur ki, abidə çoxtəbəqəlidir. Çünki vaxtilə həmin ərazidən kanal çəkilib. Kanal 3-4 metr dərinlikdə qazılıb. Mədəni təbəqələr dağılıb və qarışıb. Sürüşən də kanal boyu tökülən torpaqlardır. Bunların içərisində tunc-dəmir dövrünün, orta əsrlər dövrünün artefaktları daha çoxluq təşkil edir. Əlbəttə, bu mənim fikrimdir. Əlavə araşdırmalar aparılarsa, daha dəqiq söz demək olar. Ərazidə gildən hazırlanmış keramika nümunələri (qırılmış halda), müxtəlif formalı və müxtəlif tipli küp və kuzələrin sınıqları, tikili qalıqları (gil kərpiclər), şlak-ərinti (tərkibində metalın ərintisi var), ocaq izləri, müxtəlif saxsı qabların sınıqları (fiqurlu, dar boğazlı dolça, qazan, boşqab və s.) aşkarlanıb", - deyə o bildirib. Ə.Mirzəzadə qeyd edib ki, qədim yaşayış məskəni ilə bağlı müvafiq dövlət qurumlarına müraciət olunub.  
    Click here to Read more
    Prev Article
    Alın Size Paradoks: Chrome'un En Büyük Rakiplerinden Mozilla, Google'dan Para Almazlarsa İflas Edebileceklerini Açıkladı
    Next Article
    Alanyaspor - Kayserispor maçında puanlar paylaşıldı!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment