Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Çin Yerin fırlanmasını zəiflədib, sutkanın uzunluğunu artırıb

    3 days ago

    Çinin "Sanxya” hidroelektrik stansiyası Yer planetinin fırlanma sürətinə təsir edərək sutkanın müddətini 0,06 mikrosaniyə artırıb və Yer oxunu 2 santimetrə qədər yerdəyişməyə məruz qoyub.  Valyuta.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın NASA Kosmik Uçuşlar üzrə Qoddard Mərkəzindən geofizik Bençamin Fonq Çao "Yahoo News” nəşrinə açıqlamasında bildirib. Alim vurğulayıb ki, bu dəyişiklik kainatın mövcudluğu ərzində cəmi üç günlük fərqə bərabər olsa da, Yer kütləsinin balansındakı ən kiçik dəyişikliklərin belə planetin fırlanmasına təsir edə biləcəyini göstərir. "Sanxya” hidroelektrik stansiyası dünyada quraşdırılmış gücə görə ən böyük elektrik stansiyası hesab olunur - onun ümumi gücü 22,5 QVt təşkil edir. Stansiya 2012-ci ildə Çin Xubey vilayətində, Yanszı çayı üzərində inşa edilib. Tikilinin uzunluğu 2335 metr, hündürlüyü isə 185 metrdir. Onun anbarında 40 kub kilometr həcmində su 175 metr dəniz səviyyəsindən yüksəkdə saxlanılır. Məhz bu qədər suyun yüksəkdə toplanması Yer kürəsinin kütlə paylanmasında dəyişiklik yaradıb və nəticə etibarilə fırlanma sürətini azaldaraq sutkanın uzunluğunu artırıb. Eyni zamanda, planetin fırlanma oxu da bu dəyişiklikdən təsirlənərək bir neçə santimetr yerini dəyişib.
    Click here to Read more
    Prev Article
    İdman müəllimləri də sertifikasiyadan keçəcəklər
    Next Article
    Guardiola'dan sürpriz karar! Manchester City sonrası...

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment