Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    İdman müəllimləri də sertifikasiyadan keçəcəklər

    8 hours ago

    Məlum olduğu kimi, orta məktəb müəllimlərinin sertifikatlaşdırılmasının ardınca musiqi müəllimlərinin də  attestasiyası başlanıb. Burada məqsəd müəllimlərin bilik və bacarıqlarını yoxlamaq, müasir təhsil sisteminə uyğunlaşmasına şərait yaratmaqdır. İddialara görə, yaxın zamanlarda idman klublarında fəaliyyət göstərən müəllimlərin də attestasiyası prosesinə başlanması gözlənilir. Valyuta.az xəbər verir ki, Modern.az mövzu ilə bağlı Milli Məclisin deputatı Asif Əsgərovla həmsöhbət olub. Onun sözlərinə görə, Gənclər və İdman Nazirliyinin İdman təhsili sektoru tez-tez rayonlarda və paytaxtda müvafiq yoxlamalar aparır: “Bu yoxlamalar KİV-lərdə yayımlanmasa da, birbaşa nəzarət aparılır. Ona görə də, paytaxt və rayonlarda bir çox məktəblərin bağlanması, qrupların ləğv olunması tələb olunan meyarlara uyğun gəlməməsi ilə bağlıdır. Amma yəqin ki, Gənclər və İdman Nazirliyi də bununla bağlı öz işlərini görür, əgər bu yoxlamalar sertifikasiya və attestasiya şəklində olacaqsa, yəqin ki, bu barədə ictimaiyyətə də məlumat veriləcək”. Deputat bildirib ki, bütün idman məktəblərinin yoxlanılması Gənclər və İdman Nazirliyinin funksiyasına aiddir: “Hətta əvvəllər digər nazirliklərin nəzdində olan idman məktəblərində belə yoxlamalar aparılırdı. İdman sahəsinə cavabdeh olan Gənclər və İdman Nazirliyidir. İndi də belə araşdırmalar gedir, yuxarıda qeyd etdiyim sektorun əməkdaşları məktəblərdə yoxlamalar aparırlar. Məşq keçən idmançıların hamısı İdman Akademiyasını bitirirlər. Onların diplomları ilə yanaşı, işləmək üçün hüquqi səlahiyyəti olmalıdır”. “Bu gün Cüdo Federasiyası öz məşqçilərinin fəaliyyətinin davam etdirilməsi üçün müəyyən yoxlamalar keçirir. Onlar federasiyanın razılığına əsasən faəliyyətlərini davam etdirirlər. Eyni zamanda federasiyanın nəzdində də Cüdo Akademiyası faəliyyət göstərir. Həmin məşqçilər tez-tez attestasiyalara dəvət olunur, yeni çıxan qaydaların tətbiq olunması üçün birbaşa işlər aparılır, onlara tövsiyələr verilir. Bu əlbəttə ki, lazımdır. Ola bilər ki, müəllim İdman Akademiyasını bitirsin, amma biliklər müəyyən müddət sonra onun yadından çıxsın, yenilikləri özündə ehtiva etməsin. Ona görə də belə sertifikasiya və attestasiyaların keçirilməsi lazımdır”, - deputat qeyd edib.
    Click here to Read more
    Prev Article
    Hangi birini yazalım, suya zam, alkole indirim, polise şiddet..
    Next Article
    Çin Yerin fırlanmasını zəiflədib, sutkanın uzunluğunu artırıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment