Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Danimarka Coca-Cola-ya yox dedi

    3 days ago

    Finss.az - Danimarkada məşhur içki brendi Coca-Cola-ya qarşı istehlakçı boykotu qeydə alınıb. Boykotun səbəbi kimi ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı ABŞ-a birləşdirmək planları və onun tətbiq etdiyi gömrük tarifləri siyasəti göstərilir. Məlumatı Financial Times (FT) yayıb. Nəşrin məlumatına görə, Coca-Cola-nın Danimarkadakı istehsal və distribusiyasına cavabdeh olan Carlsberg Group şirkətinin baş direktoru Yakob Orup-Andersen bildirib ki, ölkədə Coca-Cola satışlarında “müəyyən eniş” müşahidə olunur. O qeyd edib ki, bu, amerikalı brendlərə qarşı olan istehlakçı boykotunun nəticəsidir. “Coca-Cola-nın Danimarkada istehsal olunmasına baxmayaraq, istehlakçılar onu ABŞ brendi kimi qəbul edir və bəzi insanlar məhsuldan imtina etməyi seçib. Biz onların qərarına hörmətlə yanaşırıq,” — deyə Orup-Andersen bildirib. Qeyd edək ki, yaranan vəziyyət yerli alternativin — Jolly Cola markasının satışlarına müsbət təsir göstərib. FT-nin yazdığına görə, Jolly Cola satışları bir il ərzində 13 dəfə artıb. Finss.az xatırladır ki, Donald Tramp 2019-cu ildə Qrenlandiyanın ABŞ-a birləşdirilməsi ideyasını təklif etmiş və bu, Danimarka hökuməti tərəfindən qəti şəkildə rədd edilmişdi.
    Click here to Read more
    Prev Article
    Elektron siqaret və tütün məhsulları bazarında çatışmazlıqlar müzakirə olunub
    Next Article
    Azərbaycanda bankların depozitlər üzrə faiz xərcləri 56%-dən çox artıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment