Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Azərbaycanda bankların depozitlər üzrə faiz xərcləri 56%-dən çox artıb

    3 days ago

    2025-ci ilin ilk rübündə Azərbaycanda fəaliyyət göstərən banklar əmanətçilərə 298,9 milyon manat həcmində faiz ödənişi həyata keçiriblər. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 56,2% və ya 107,5 milyon manat artım deməkdir. Belə ki, 2024-cü ilin yanvar-mart aylarında bu rəqəm 191,4 milyon manat təşkil edib. Finss.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, artım əsasən depozit portfelindəki genişlənmə və orta faiz dərəcələrinin yüksəlməsi ilə əlaqələndirilir. 2025-ci il aprelin 1-nə ölkə banklarında hüquqi və fiziki şəxslərin ümumi depozitləri 37 milyard 293,1 milyon manata çatıb. Bu da illik müqayisədə 7,1%-lik artım deməkdir. Məlumat üçün bildirək ki, hesabat dövründə banklar tərəfindən ümumilikdə 1 milyard 134,9 milyon manat faiz gəliri əldə olunub. Bu, faiz dərəcələrinin yüksəlməsi fonunda həm depozitlər, həm də verilmiş kreditlər üzrə gəlirlərin artdığını göstərir. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Danimarka Coca-Cola-ya yox dedi
    Next Article
    Qızıla tələbat 16 % artıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment