Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Qızıla tələbat 16 % artıb

    3 days ago

    Finss.az - Dünya Qızıl Şurasının (WGC) son hesabatına görə, 2025-ci ilin birinci rübündə qlobal qızıl tələbatı ötən ilin eyni dövrü ilə müqayisədə 16% artaraq 1310 tona yüksəlib.  Artım əsasən geosiyasi qeyri-müəyyənliklər, ABŞ-da mümkün tarif riskləri və fond bazarındakı dalğalanmalarla əlaqələndirilir. Qızılın qiyməti isə rekorda doğru irəliləməkdə davam edir. London Qızıl Bazarları Assosiasiyasının (LBMA) məlumatına əsasən, 2025-ci ilin birinci rübündə bir unsiya üçün orta aylıq qiymət 2860 ABŞ dolları təşkil edib ki, bu da ötən illə müqayisədə 38% artım deməkdir. İnvestisiya yönümlü tələbat da kəskin şəkildə artıb. Qızıl ETF-lərinə yatırımlar 552 tona çataraq illik müqayisədə 170% artıb və bu göstərici son üç ilin ən yüksək rüb göstəricisidir. Sikkə və külçə alışı da güclü olub – 325 tonla son beş rüb üzrə orta göstəricidən 15% yüksəkdir. Əsas artım Çinin payına düşür. Mərkəzi banklar birinci rübdə 244 ton qızıl alaraq ehtiyatlarını artırmağa davam ediblər. Texnoloji sektorda isə süni intellektin tətbiqi nəticəsində elektronika sahəsində tələbat stabilliyini qoruyub saxlayıb. Bununla belə, zinət əşyalarına olan tələbat rekord qiymətlər fonunda əhəmiyyətli dərəcədə azalıb. Satış həcmi COVID-19 pandemiyası dövründən bu yana ən aşağı səviyyəyə düşsə də, dəyər ifadəsində xərclər 9% artaraq 35 milyard ABŞ dollarına çatıb.
    Click here to Read more
    Prev Article
    Azərbaycanda bankların depozitlər üzrə faiz xərcləri 56%-dən çox artıb
    Next Article
    XPG, MARS 980 Gen5 SSD Serisini Tanıttı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment