Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    "Defence One": Trampın Qətər təyyarəsində uçmaq planı ABŞ-ı təhdid edir

    7 hours ago

    ABŞ prezidenti Donald Trampın Qətərin hədiyyə etdiyi "Boeing 747-8" təyyarəsi ilə uçmaq planı ABŞ-ın milli təhlükəsizliyi üçün ciddi risklər yaradacaq.  HİT.az xəbər verir ki, vu barədə "Defence One" portalı ABŞ Müdafiə Nazirliyinin keçmiş əməkdaşlarına istinadən yazır. Mənbə Tramp administrasiyasının çox güman ki, təyyarənin mühafizəsini təmin etmək üçün tələb olunan dəyişikliklərdən imtina edəcəyini irəli sürüb. Qeyd olunur ki, Amerika prezidenti ona verilən təyyarədən ilin sonuna kimi istifadəyə başlamaq istəyir. Eyni zamanda, nəşrin mənbələri əlavə edib ki, "Boeing 747-8"in dövlət başçısının təyyarəsi üçün tələblərə cavab verən səviyyəyə qədər yenidən təchiz edilməsi bir neçə il çəkəcək və yüz milyonlarla dollar tələb edəcək. Keçmiş müdafiə rəsmisi təyyarənin minimal modifikasiyalarla istifadəsi ideyasını absurd adlandırıb. Mayın 12-də Ağ Evin mətbuat katibi Karolin Levitt Qətər hakimiyyətinin "Boeing 747-8" təyyarəsini ABŞ Müdafiə Nazirliyinə təhvil verməyi təklif etdiyini açıqlayıb. Amerika mətbuatının yazdığına görə, Qətər hökumətinin Trampa təhvil verməyi planlaşdırdığı "Boeing 747-8" təyyarəsi Texas ştatına bir aydan çox əvvəl gəlib. Samir  
    Click here to Read more
    Prev Article
    Yeni kansler Bundesveri Avropanın ən güclü ordusuna çevirmək istəyir
    Next Article
    Türkiyə Trampın səfərini gözləmir, Putinin gəlişini istisna etmir

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment