Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Yeni kansler Bundesveri Avropanın ən güclü ordusuna çevirmək istəyir

    1 hour ago

    Hökumət Almaniya ordusunu (Bundesver) adi silahlarla Avropanın ən güclü ordusuna çevirmək üçün bütün maliyyə imkanlarından istifadə etmək niyyətindədir.  HİT.az xəbər verir ki, bunu yeni Almaniya kansleri Fridrix Merz deyib. Onun sözlərinə görə, Berlinin məqsədi Almaniya və Avropanı silahdan istifadə etməyə ehtiyac qalmayacaq qədər güclü etməkdir. Eyni zamanda Merz onu da qeyd edib ki, Avropa ölkələri Ukraynada atəşkəs məsələsində irəliləyiş görməsələr, Rusiyaya qarşı sanksiyaları genişləndirəcəklər. Almaniyanın yeni kanslerinin bildirdiyi kimi, sanksiyalar digər sahələrə də şamil edilə bilər. Məsələn, enerji sektoru və maliyyə bazarı. Mart ayında Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa İttifaqını 800 milyard avro məbləğində yenidən silahlandırmaq planını təklif etdi. AK həmçinin Aİ ölkələri üçün hava hücumundan müdafiə sistemlərinin və Ukrayna üçün silahların istehsalı üçün 150 milyard avro kredit cəlb etmək niyyətindədir. Samir
    Click here to Read more
    Prev Article
    "2022-ci ildə İstanbulda razılaşdırılmış mətn münaqişənin həlli variantı ola bilər"
    Next Article
    "Defence One": Trampın Qətər təyyarəsində uçmaq planı ABŞ-ı təhdid edir

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment