Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Əkinçilikdən maldarlığa – kənd təsərrüfatı üçün 300.000 AZN-dək maliyyə dəstəyi

    11 hours ago

    Unibank KB ASC kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən VÖEN-li sahibkarlar üçün sərfəli şərtlərlə aqrokredit məhsulunu təqdim edir. Finss.az xəbər verir ki, bankın təqdim etdiyi bu maliyyə dəstəyi sayəsində fermerlər və kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar bizneslərini daha da inkişaf etdirə bilərlər. Kreditin əsas şərtləri aşağıdakılardır: Məbləğ: 20.000 AZN-dən 300.000 AZN-dək Müddət: 3 ilədək Güzəşt müddəti: 6 ayadək Faiz dərəcəsi: 10-18% aralığında Girov tələb olunur Üstəlik, Unibank kənd təsərrüfatı kreditləri üçün 3%-dək faiz endirimi, eləcə də 20.000 AZN-dən yuxarı kreditlərdə nağdlaşdırma və köçürmə xərclərində 50%-lik endirim təqdim edir. Müştərilər həmçinin Unibank-ın mobil və internet bankçılıq xidmətlərindən pulsuz istifadə edərək kreditlərini və maliyyə əməliyyatlarını asanlıqla idarə edə bilərlər. Aqrokreditlər kimlər üçündür? Bu kreditlər maldarlıq, quşçuluq, əkinçilik və digər kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən sahibkarlar üçün nəzərdə tutulub. Kredit vəsaitlərindən texnika alışı, məhsul yığımı, nəqliyyat və digər istehsal prosesləri üçün istifadə edilə bilər. Unibank-ın aqrokreditləri həm özəl təşəbbüslərin genişlənməsinə, həm də kənd təsərrüfatı sektorunda dayanıqlı inkişafın təmin olunmasına töhfə verir. Ətraflı məlumat üçün keçid: //unibank.az/az/corporate/loan/215 Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    “Meydan TV” işi üzrə daha bir nəfər saxlanıldı
    Next Article
    Nəqliyyat və yükdaşıma sektoruna dəstək: logistika sahəsinə lizinq yatırımı imkanı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment