Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Nəqliyyat və yükdaşıma sektoruna dəstək: logistika sahəsinə lizinq yatırımı imkanı

    3 days ago

    “MCB BOKT” QSC nəqliyyat və logistika sektorunda fəaliyyət göstərən sahibkarlar üçün sərfəli lizinq şərtləri ilə yeni maliyyələşdirmə məhsulu təqdim edir. Finss.az xəbər verir ki, sərnişin və yükdaşınma nəqliyyat vasitələrinin lizinqi sahəsində fəaliyyət göstərən müəssisələr artıq vaqon, yük maşını, qoşqu, anqar, anbar, təyyarə, lokomotiv və digər logistika vasitələrinə sərmayəni Aklease zəmanəti ilə reallaşdıra bilərlər. Yeni məhsulun əsas üstünlükləri aşağıdakılardır: Maksimal lizinq müddəti – 60 ay, Minimal ilkin ödəniş – cəmi 20%. Bu imkan, nəqliyyat və göndərmə sahəsində fəaliyyət göstərən şirkətlər üçün avtoparkını yeniləmək, daşıma imkanlarını genişləndirmək və əməliyyatlarını optimallaşdırmaq üçün əlverişli maliyyələşdirmə üsuludur. Lizinq şərtləri müəssisələrin maliyyə yükünü azaltmaqla yanaşı, sərmayənin mərhələli şəkildə qaytarılmasına da imkan yaradır. MCB BOKT bu məhsul vasitəsilə xüsusilə kiçik və orta bizneslərin maddi-texniki bazasını möhkəmləndirməyi və sektorda müasir nəqliyyat infrastrukturunun formalaşmasına dəstək verməyi hədəfləyir. Ətraflı məlumat üçün keçid: //mcb.az/s%c9%99rnisin-v%c9%99-yukdasinma-n%c9%99qliyyat-lizinqi/ Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Əkinçilikdən maldarlığa – kənd təsərrüfatı üçün 300.000 AZN-dək maliyyə dəstəyi
    Next Article
    May BEŞ BÜRC üçün ilin ən xoşbəxt ayı olacaq

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment