Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Evlərdən 14 min manatlıq məişət əşyaları oğurlayan şəxs saxlanıldı

    7 hours ago

    Xəzər rayonunda polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində müxtəlif vaxtlarda Şağan, Türkan və Mərdəkan qəsəbələrində evlərdən oğurluq edən 36 yaşlı Elvin Qasımov saxlanılıb. APA-nın əldə etdiyi məlumata görə, onun 5 mənzildən ümumi dəyəri 14 min manat olan məişət əşyaları oğurladığı müəyyən edilib. Saxlanılan şəxsin əldə etdiyi məişət əşyalarının bəzilərini paytaxt ərazisində yerləşən ticarət mərkəzlərindən birinə satması məlum olub. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb. E.Qasımov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Cinayət işi üzrə tədbirlər davam etdirilir. E.Qasımovun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.
    Click here to Read more
    Prev Article
    Husilər Təl-Əvivi vurublar: Hava limanı fəaliyyətini dayandırıb
    Next Article
    Rusiya ilə Ukrayna arasında tarixi saziş İstanbulda imzalanacaq?

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment