Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Expressbank-da qanvermə aksiyası keçirilib

    6 hours ago

    Finss.az - Expressbank korporativ sosial məsuliyyətinə hər zaman həssas yanaşan maliyyə institutu olaraq ənənəvi qanvermə aksiyasını bu il də həyata keçirib. Mərkəzi Qan Bankının dəstəyi ilə ərsəyə gələn aksiya zamanı donorların sağlamlıq vəziyyəti peşəkar həkim-hemotoloq tərəfindən müayinə olunduqdaq sonra yalnız sağlamlıq göstəriciləri uyğun olan şəxslərdən qan götürülüb. Tədarük olunan qan talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə çatdırılmaq məqsədilə depolanıb. 8 may Beynəlxalq Talassemiya Günü münasibətilə Bankın Baş ofisində keçirilən aksiyaya Bankın paytaxt filiallarından da qatılanlar olub. Aksiyada həmçinin Bankın rəhbər heyəti, o cümlədən Müşahidə Şurasının müstəqil üzvü, Audit Komitəsinin sədri Fuad Məmmədov, İdarə Heyətinin sədri Mehman Məmmədov və İdarə Heyətinin üzvü, Baş risk inzibatçısı Rüfət Mürşüdlü də iştirak edib. Qeyd edək ki, qanvermə aksiyaları Expressbankda artıq illərdir ki, davam edir və ənənə halını alıb. Bank bildirib ki, bu tipli aksiyaların təşviqinə irəlidəki illərdə də dəstəyini göstərəcək. Expressbank Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz. Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    ABŞ fond indeksləri artıb
    Next Article
    Samsung Galaxy S25 Edge Tanıtım Tarihi Açıklandı: Unpacked Etkinliği 13 Mayıs’ta

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment