Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Fiziki şəxs işçilərin əməkhaqqını nağd qaydada ödəyə bilərmi?

    7 hours ago

    Sualım mövsümi işlər üzrə fəaliyyətlərdə nağd ödənişlərlə bağlıdır. 30-35 nəfər işçisi olan fiziki şəxs VÖEN açaraq meyvə yığımı ilə əlaqədar hüquqi şəxsə xidmət göstərir. Hüquqi şəxsə 15.000 manat məbləğində elektron qaimə-faktura təqdim olunur. Xidmətlərin təhvil-təslim aktına əsasən, 15.000 manat fiziki şəxsin hesabına nağdsız qaydada köçürülür. Fiziki şəxs həmin məbləği nağdlaşdırır və müvafiq olaraq, işçilərə paylayır. Zəhmət olmasa, bu cür halın qanunvericilikdə necə əks etdirilməsi barədə məlumat verərdiniz. Valyuta.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü bəndinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizindən, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Bu maddənin birinci cümləsində nəzərdə tutulan halda əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi otuz min manatdan az olduqda təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan artıq olan hesablaşmalar üzrə, əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi əlli min manatdan çox olduqda isə təqvim ayı ərzində ümumi məbləği əlli min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Xidmətdən bildirilib ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-1-ci bəndinə əsasən, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi iyirmi manat məbləğində müəyyən edilir və həmin məbləğ bu Qanunun 3.3-cü maddəsi ilə müəyyən edilmiş nağd əməliyyat həddinə daxil edilmir. Eyni zamanda, hüquqi şəxs tərəfindən xidmətlərin göstərilməsi üçün vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslər işlərin görülməsinə cəlb edildiyi halda (əmək müqaviləsinin bağlandığı hallar istisna olmaqla), onlara edilən ödənişlərdən Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən ödəmə mənbəyində Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq, aylıq gəlirinin 2.500 manatadək olan hissəsindən 14 faiz, 2.500 manatdan çox olduqda isə 350 manat və 2.500 manatdan çox olan məbləğin 25 faizi həcmində gəlir vergisi, ödənişlərin tam məbləğindən 25 faiz dərəcəsi ilə məcburi dövlət sosial sığorta və gəlirlərinin 8.000 manatadək olan hissəsinin 2 faizi, 8.000 manatdan yuxarı olan hissəsinin 1 faizi həcmində icbari tibbi sığorta üzrə sığorta haqları tutulmalıdır. Əsas: Vergi Məcəlləsinin 101-ci, 150.1.7-ci maddələri, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və "Nağdsız hesablaşmalar haqqında" qanunlar
    Click here to Read more
    Prev Article
    İcra hakimiyyəti vətəndaşın evini sökdürdü - VİDEO
    Next Article
    Toplam ciro yıllık yüzde 33,4 arttı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment