Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    İcra hakimiyyəti vətəndaşın evini sökdürdü - VİDEO

    4 hours ago

    Quba rayon Alpan kənd sakini Rəsulov Xaləddin Ələddin oğlunun yeni inşa olunan fərdi yaşayış sahəsi rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən sökülüb. Valyuta.az xəbər verir ki, Sfera.az-a müraciət edən X.Rəsulovun dediyinə görə, çıxarış alınan xüsusi mülkiyyətində olan 4 sot torpaq sahəsində fərdi yaşayış sahəsi tikilib. Evin tikintisinin başa çatmasına və dam örtüyünün vurulmasına baxmayaraq tikili icra hakimiyyətinin əməkdaşları tərəfindən sökülüb. Quba rayon sakininin sözlərinə görə, 25.10.25-ci il tarixində rayon icra hakimiyyətinin başçısı İlqar Mahmudovun göstərişi ilə bildiriş verilərək Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən protokol yazılıb və 500 manat cərimə olunub. Üç gün sonra, yəni 28.10.2025-ci il tarixində heç bir məhkəmə və Fövqəladə Hallar Nazirliyinin (FHN) rəyi olmadan ev sökdürülüb. Rayon sakini üzləşdiyi haqsızlıqla bağlı Azərbaycan Prezidentinə şikayət məktubu da ünvanlayıb: "Cənab Prezidentə bu barədə müraciət etdikdən sonra İ.Mahmudov məhkəmə və FHN-dən köhnə tarixlə qərar almaq istəsə də, bu mümkünsüz olub. Çünki protokol və bildirişi başqa tarixə dəyişməsi mümkün olmayıb. Çarəsiz qalan İ.Mahmudov 28.10.2025-ci il tarixində sökdüyü evə özünü müdafiə üçün 31.10.25-ci ildə, yəni söküntüdən 3 gün sonra FHN-nə tədbir görülməsi üçün müraciət edib. FHN isə söküntüdən 23 gün sonra 20.11.25-ci il tarixində olmayan tikinti üçün sənədləşməsinə 6 ay vaxt verərək dayandırma qərarı qəbul edib".  Rayon sakini üzləşdiyi vəziyyətlə əlaqədar Respublika Baş Prokrorluğana müraciət edib. Lakin bu müraciət cavabsız qalıb: "Belə ki, müraciətdən 76 gün sonra Quba rayon prokuroru sifarişli qərar verir. Qərara əsasən, evi Quba rayon icra hakimiyyəti yox, vətəndaş özü söküb. İnzibati məhkəməyə müraciət olunsa da, Quba icra hakimiyyətindən heç kim məhkəmə prosesində iştirak etməyib, məhkəməyə hörmətsizlik edib". 
    Click here to Read more
    Prev Article
    "Tesla" 10 min işçisini ixtisar edəcək
    Next Article
    Fiziki şəxs işçilərin əməkhaqqını nağd qaydada ödəyə bilərmi?

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment