Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    "Tesla" 10 min işçisini ixtisar edəcək

    58 minutes from now

    “Tesla”nın əsas təchizatçısı “Panasonic” 10 min işçini ixtisar edəcək. Valyuta.az xəbər verir ki, ABŞ-ın elektrik avtomobil istehsalçısı “Tesla”nın əsas batareya təchizatçılarından biri olan Yaponiyanın “Panasonic” şirkəti gəlirlərin azalması fonunda ümumilikdə 10 min nəfəri işdən çıxaracağını açıqlayıb. İxtisarların 5 min nəfəri Yaponiyada, qalanı isə digər ölkələrdə həyata keçiriləcək. Şirkət bu qərarı “əməliyyat səmərəliliyinin artırılması” məqsədilə, əsasən satış bölmələrində 2026-cı ilin martına qədər reallaşdırmağı planlaşdırır. Baş icraçı direktor Yuki Kusumi məsuliyyəti üzərinə götürərək maaşının 40 faizini ixtisara verəcəyini bildirib. Şirkətin son maliyyə hesabatında mənfəətin 17,5 faiz, satışların isə 0,5 faiz azaldığı göstərilir. 2025-ci il üçün isə 15,3 faiz mənfəət və 7,8 faiz satış azalması proqnozlaşdırılır. İxtisar qərarına təsir edən əsas amillər arasında “BYD” və “CATL” kimi Çin rəqibləri ilə artan rəqabət və elektrikli avtomobillərə olan tələbin zəifləməsi göstərilir. Bununla belə, “Panasonic” 2024-cü ildə “Mazda” və “Subaru” ilə yeni tərəfdaşlıqlar qurub. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    Matematikçilerin 65 Yıldır Tartıştıkları Bir Gizem Nihayet Çözüldü
    Next Article
    İcra hakimiyyəti vətəndaşın evini sökdürdü - VİDEO

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment