Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Həlak olan ər və hamilə arvadı ayrı yerlərdə dəfn edildi - Qəzanın detalları

    8 hours ago

    Şabranda ağır yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində Vətən müharibəsi qazisi, 23 yaşlı Akif Zeynalzadə və onun hamilə həyat yoldaşı Dinara Zeynalzadə həyatını itiriblər. Qazinin dayısının verdiyi məlumata görə, cütlük həmin gün Dinara Zeynalzadənin atasının evində qonaq olub: "Qayınatası qalmalarını israr etsə də, onlar qalmayıblar. Uşaqları isə ailə üzvlərində qalıblar. Ər-arvad birlikdə yola düşüblər və Şabranda qəza baş verib. Hər ikisi həlak olub". Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Sıxılmış vəziyyətdə qalan iki nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, cütlük Bakının Hövsan qəsəbəsində yaşayırmış. Akif Zeynalzadə Sabirabadın Ulacalı kəndində, Dinara Zeynalzadə isə Xaçmazın Tel kəndində dəfn olunublar. Ətraflı Baku TV-nin süjetində:
    Click here to Read more
    Prev Article
    “Gilan Pivot” şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalanıb
    Next Article
    Avtomobil almaq istəyənlərə 10%-dən başlayan ilkin ödənişlə kredit imkanı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment